Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:55

Sankt-Peterburq metrosundakı bombaları 2 nəfər partlatmalı imiş


Foto arxiv
Foto arxiv

İstintaqın gəldiyi nəticəyə görə Sankt-Peterburq metrosundakı bombaları 2 nəfər partlatmalı imiş.

Bu barədə “Kommensart” qəzeti xüsusi mənbəə istinadla xəbər verir.

Əsas şübhəli sayılan Akbarjon Jalilov metroya düymə ilə partladılan iki bpmba gətirməli imiş.

İkinci bombanı onun silahdaşı partlatmalı imiş, amma hansısa səbəbdən görüş yerinə gəlməyib.

Mənbənin qəzetə dediyinə görə, Jalilov buna görə də artıq bombanı “Ploşad Vosstaniya” stansiyasına qoyub.

Qeyd edək ki, həmin bompa tapılaraq zərərsizləşdirilib.

Jalilovun yazışmaları və zənglərini araşdıran istintaq, aprelin 6-da bu terror akti ilə bağlı saxlananlardan ikisinin potensial intiharçı olduqlarını istisna eləmir.

Onların yaşadıqları mənzildə yanğınsöndürən balona qoyulmuş eyni-3-cü partlayıcı aşkar edilib.

Mənbənin məlumatına görə həmin bomba Peterburqdakı matəm mərasimlərindən birində partladıla bilərmiş

Saint Peterburg
Saint Peterburg

Amma bu barədə hələ ki, rəsmi açıqlama verlməyib.

Aprelin 3-də Sankt-Peterbur metrosunda törədilən partlayışda 14 nəfər ölüb, azı 50 nəfərsə xəsarət alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG