Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:22

San Fransiskoda Rusiya konsulluğunun bacasından çıxan 'qara tüstü' nədir?


Rusiyanın San Fransiskodakı konsulluğunun binası
Rusiyanın San Fransiskodakı konsulluğunun binası

AzadlıqRadisounun müxbiri Mike Eckel-in reportajında deyilir ki, Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ hüquq-mühafizə orqanlarının Rusiyanın San Fransiskodakı konsulluğunda və bir sıra başqa diplomatik rezidensiyalarında axtarış aparmaq niyyətindən şikayət edib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sentyabrın 1-də sosial media postunda yazıb ki, adı çəkilməyən ABŞ agentlikləri sentyabrın 2-də sözü gedən diplomatik binalarda axtarış aparmağı planlaşdırır.

Mariya Zaxarova
Mariya Zaxarova

Bundan bir gün əvvəl ABŞ Dövlət Departamenti San Fransiskodakı konsulluğun və Nyu York və Vaşinqtonda Rusiyanın diplomatik missiyasına məxsus daha iki binanın bağlandığını elan etmişdi.

Eckel yazır ki, Dövlət Departamenti hər hansı axtarışların planlaşdırıldığı barədə sorğulara dərhal cavab verməyib.

Lakin AzadlıqRadiosuna göndərilmiş e-mail-də ABŞ rəsmisi yazır ki, binaların bağlanması barədə order sentyabrın 2-dən etibarən bu binalardan diplomatik, konsulluq və ya yaşayış məqsədilə istifadəni qadağan edir.

Rəsmi deyib ki, bu binalar bağlanacaq və onlara giriş icazəsi yalnız Dövlət Departamenti tərəfindən veriləcək.

AzadlıqRadiosunun Ədliyyə Nazirliyinə zəngləri və e-mail-ləri də cavabsız qalıb.

Rusiya səfirliyindəki qaynar xəttə cavab verən şəxs AzadlıqRadiosuna deyib ki, “Narahat olmayın, burada heç nə baş vermir”.

Reportajda deyilir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından az sonra San Fransiskodakı Rusiya konsulluğu binasının bacasından güclü qara tüstünün çıxdığı müşahidə edilib və bura yanğınsöndürənlər gəlib.

Dövlət Departamentinin sözçüsü daha sonra Associated Press agentliyinə deyib ki, konsulluğun sobasında nə olduğu bilinməyən əşyalar yandırılır.

Zaxarovanın bəyanatında deyilir ki, diplomatik binalarda axtarış protokolun və toxunulmazlığın ciddi pozuntusu kimi qiymətləndirilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG