Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 20:51

Keçmiş polisin Macarıstanda gizləndiyi deyilir


Video grab

Salyan rayonunda qətl törətməkdə təqsirləndirilən keçmiş polis əməkdaşının hansı ölkədə gizləndiyi məlum olub.

Xəbəri APA yayıb.

Xəbərə görə, 2015-ci ilin noyabrında Elçin Qasımov adlı şəxsi qətlə yetirməkdə şübhəli bilinən Rövşən Cavadovun Macarıstanın Budapeşt şəhərində gizləndiyi müəyyən olunub.

Hazırda Azərbaycanın hüquq-mühafizə orqanları həmin ölkənin aidiyyəti qurumları ilə onun saxlanması istiqamətində danışıqlar aparır.

26 yaşlı E.Qasımovun da 2015-ci ilin noyabr ayında Salyan rayonunda itkin düşdüyü bildirilib. Axtarışlar zamanı onun meyiti rayon sakini R.Cavadovun həyətində aşkarlanıb. R.Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Xəbərdə deyilir ki, Salyan rayon Polis Şöbəsi araşdırmalar zamanı qətlin rayon sakini R.Cavadov tərəfindən törədilməsini müəyyən ediblər. İddia edilir ki,R. Cavadov E. Qasımovu öldürdükdən sonra onu öz həyətində basdıraraq ölkəni tərk edib.

Bir neçə gün əvvəl R. Cavadovun hərbi xidmətdə olan oğlu Ağacavad Cavadzadə ordudan geri çağırılaraq həbs edilib. O, Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirilir.

Onun və qətldə adı hallanan R.Cavadovun bu ittihama münasibəti bəlli deyil.

Multimedia

XS
SM
MD
LG