Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:22

Məhkəmə Salvador Dalinin məzarından çıxarılmasına qərar verib


Madrid məhkəmələrindən biri sürrealist rəssam Salvador Dalinin qalıqlarının DNT analizi məqsədilə məzarından çıxarılması barədə qərar qəbul edib.

Məhkməyə İspaniyanın şimalında yaşayan bir qadın müraciət edib. Qadın rəssamın qızı olduğunu iddia edir.

Məhkəmənin 26 iyun tarixli hökmündə deyilir ki, Dalinin DNT analizi üçün başqa genetik və ya bioloji material olmadığından onun qalıqları məzarından çıxarılmalıdır.

Böyük rəssamın qızı olduğu barədə iddianı qaldıran ispan qadın - Maria Pilar Abel ölkənin şimalındakı Girona şəhərində yaşayır.

Eşq macərası

1956-cı ildə doğulmuş Abel bildirib ki, onun anası Dalinin ailəsinə qulluqçuluq etdiyi 1950-ci illərdə rəssamla eşq macərası yaşayıb.

Həmin vaxt Salvador Dali Yelena İvanovna Dyakonova və ya Qalya ilə evli idi, amma onların övladı yox idi.

Maria Pilar Abel
Maria Pilar Abel

İspaniyanın El Pais qəzeti yazır ki, Abel Dalinin onun atası kimi tanınması üçün 2007-ci ildən mübarizə aparır.

Dali 1989-cu ildə 84 yaşında vəfat edib. O 20-ci əsrin ən böyük sürrealist rəssamlarından biridir.

Rəssam öz əsərlərini İspaniya dövlətinə vəsiyyət edib.

Dali ilə “yalnız bığının olmaması ilə fərqləndiyini” deyən Abelin iddiası da İspaniya dövlətinə qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG