Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:10

Praqada kürd liderin həbs edildiyi deyilir


Salih Muslim

Türkiyənin terrorçu saydığı kürd liderin fevralın 24-də Çexiyada saxlandığı deyilir.

Salim Müslim əvvəllər PYD-nin (Demokratik Birlik Partiyasının) sədri olub.

O, ötən il istefa versə də, Suriyanın şimalındakı kürdlər arasında böyük nüfuza malikdir.

Türkiyə Daxili İşlər Nazirliyi ötən ay onu "ən təhlükəli terrorçular" siyahısına salıb.

Salih Muslimin Türkiyənin istəyilə İnterpolun oderi əsasında saxlandığı deyilir.

"Əl-Cəzirə" xəbər verir ki, Salih Muslimin saxlanmasını PYD-də də təsdiqləyiblər.

Amma onun Türkiyəyə verilib-verilməyəcəyinin bilinmədiyini deyiblər.

Buna da bax: Türkiyə vətəndaşı Bakıda necə oğurlandı

Çexiya mətbuatının yazdığına görə, yerli polisin sözçüsü Andrea Zoulova Twitter-də yazıb ki, "Türkiyənin istəyilə ilə İnterpol tərəfindən axtarılan şəxs saxlanıb, lazımi prosedurlardan sonra o, polis bölməsindəki kameraya yerləşdirilib".

Amma sözçü saxlananın adını açıqlamayıb.

Anadolu agentliyi yazır ki, Çexiya tərəfi Türkiyədən Salih Müslimlə bağlı sənədlər istəyib.

Türkiyə PYD-ni terrorçu təşkilat sayır.

Hazırda Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyat keçirir və Türkiyə sərhədinə yaxın bölgələri kürd yaraqlılarından təmizləməyi hədəfləyib.

Buna da bax: Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirir

Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirir
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

XS
SM
MD
LG