Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 01:33

Şahzadə Diana-nın ölümündən 20 il ötür


Şahzadə Diananın keçmiş iqamətgahı Kensington sarayı , London, August 31, 2017

Avqustun 31-i şahzadə Dianan-nın avtomobil qəzasında həlak olmasının 20 ili tamam olur.

Rəsmi versiyaya görə, Diananın getdiyi maşın həmin vaxt jurnalistlərdən yayınmaq istəyərkən Sena sahilindəki körpünün qarşısındakı tunelin divarlarına çırpılıb.

İnsanlar ,ölümünədək Diananın iqamətgahı olan Londondakı Kensington sarayına şam və çiçək dəstələri aparır.

Bundan əvvəl sarayı mərhum şahzadənin oğulları William və Harry ziyarət ediblər.

Amma kral ailəsində bu münasibətlə rəsmi matəm mərasimi planlaşdırılmır.

Şahzadə Charlesı-ın birinci həyat yoldaşı Diana Spenser öz dövrünün rəmzinə çevirilmişdi.

O, xeyriyyə işləri ilə məşğul olur, AİDS xəstəliyi ilə fəal mübarizə aparırdı.

BBC-nin 2002-ci ildə keçirdiyi sorğuda şahzadə Diana 10 məşhur britaniyalının siyahısına düşüb.

1996-cı ildə şahzadə Charles-dan ayrıldıqdan sonra Diana şahzadə kimi protokol öhtəliyindən imtina elədi, amma ictimaiyyət arasına çıxmaqda davam elədi.

Diana 1997-ci il avqustun 31-i Parisdə avtomobil qəzasında həlak olub.

Onun dəfn mərasimini canlı yayımla 2 milyard yarım adam izləyib.

Qəzanın səbəbləri barədə, ona sui-qəsd edilməsi də daxil olmaqla müxtəlif versiyalar səslənirdi.

2007-ci ildə istintaqın nəticələri ilə bağlı yekun qərar açıqlandı.

Qərara görə sürücü həmin vaxt sərxoş olub, Diana isə təhlükəsizlik kəmərini bağlamayıbmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG