Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:41

Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ verilib


Foto: Arxiv
Foto: Arxiv
Öz ultramühavizəkar krallığında islahatçı kimi tanınan Səudiyyə Kralı Abdullah qadınlara səsvermə hüququ verib.

Amma Kralın son fərmanı əməlli-başlı yenilik kimi qəbul edilir. Çünki burada qadınlar kişi hamisinin yazılı razılığı olmadan nə maşın sürə bilərlər, nə də səfər edə bilərlər. Üstəlik, qadınlar tez-tez istər universitet şəhərçiklərində, istərsə də ticarət mərkəzlərində Şəriət polisinin yerli-yersiz yoxlamalarına məruz qalır.

Hələ yanvar ayında Səudiyyə Ərəbistanının Təhsil nazirliyində işləyən qadın fəllardan Maha al-Qahtani qadınların sürücülük hüququnun məhdudlaşdırılmasına etiraz edib deyir ki, “ biz ki, siyasət istəmirik. Sadəcə bəsit hüquqlarımızın təmin edilməsini, kişilərin icazəsi olmadan istədiyimizi edə bilmək haqqını istəyirik”.

Səsvermə hüququ Bazar günü verilsə də, Səudiyyə qadınları səsvermə hüququndan indi yox, 4 il sonra, 2015-ci ildə keçirilən seçkilərdə istifadə edə biləcək. Və həmin ilin bələdiyyə seçkilərində namizədliklərini də irəli sürə biləcəklər.

Bir iş var ki, Səudiyyə Ərəbistanını qadınları Kral daha insaflı olsaydı elə bu həftə öz hüquqlarında istifadə edə bilərdilər. Çünki Cümə axşamı Səudiyyədə bələdiyyə seçkiləridir.

“Bəs niyə 4 il gözləməliyik?”

Səudiyyə Ərəbistanının tanınmış qadın haqları fəalı Wajeha al-Hawaidar Assosiated Press agentliyinə şikayət edir ki, “əgər bu hüququ bizə verirlərsə, niyə 4 il gözləməliyik”.

Onun fikrincə, “Kral ölkədə çaxnaşma yaratmaq istəməyib, amma çox adi haqları da bizə çox görürlərsə, bu çox ayıbdır”.

Qadın haqları kralı ağlına haradan gəlib?

Əslində, Səudiyyədə verilən bu suala ölkəyə qıraqdan baxanlar daha tez cavab verir. Ərəb dünyasında inqilablar başlayandan bu yana, Səudiyyə Kralı ard-arda qəribə qərarlar verir.

Gah ölkədə yetərincə nüfuzlu olan din xadimlərinin və mühafizəkarların xoşlamadığı qərarlar verir. Gah da neft gəlirlərini xalq arasında bölməyə başlayır. Səudiyyəlilərin iş tapması, evlənməsi və başqa problemlərinin həlli üçün 93 milyard dollarlıq xüsusi fond yaradır.

Gah Suriyada insan haqlarının pozulmasını əsas gətirib səfirini geri çağırır, gah da hökumət əleyhinə etirazların baş qaldığı Bəhreynə qoşunlarını göndərir və sünnilərin idarə edildiyi ölkədə şiələrin etirazlarını boğmağa yardım edir.


Kral Abdullah Məsləhət Şurasında qərarı elan edəndə deyib ki, ərəb dünyasındakı dəyişikliklərin də bu cür qərarda rolu olduğuna işarə vurub. Deyib ki, “ bizim İslami dəyərlimizə uyan balanslı modernləşmə dövrümüzün vacib tələbidir. Bu dövrdə məğlublara və qərarsızlara yer yoxdur. Çünki islam tarixində müsəlman qadınlar hər zaman ağıllı məsləhətləri və düzgün mövqeləri ilə yadda qalıblar”.

Bazar günü Kral Abdullah səsvermə hüququ ilə bağlı qərarı açıqlayanda qadınlara başqa bir xoş xəbər də verib. Deyib ki, bundan sonra ölkənin sosial, siyasi və iqtisadi problemlərinin müzakirə edildiyi Məsləhət Şurasına qadınlar da üzv təyin ediləcək.
1993-cü ildən yaranan bu Şuranın üzvləri bu günə kimi ancaq kişilər olub.

Səudiyyə Ərəbistanında tanınan yazarlardan Jamal Khashoggi deyir ki, “Kralı bu qərarları qadınlara qanunverici və icra hakimiyyətində təmsil edilmək hüququ verir. İcazə almadan maşın sürmək və səyahət etmək hüququnun verilməsi isə növbəti addım olmalıdır. Çünki parlamentdə təmsil oluna bilən, ölkənin problemlərini müzakirə edə bilən qadının maşın sürmək və səyahət etmək üçün icazə alması gülməli olardı”.

Səudiyyə Ərəbistanın müttəfiqi olan ABŞ da bu qərarı alqışlayıb. Vaşinqtonda Milli Təhlükəsizlik Müşaviri Tommy Vietor deyib ki, “bu qərar SƏudiyyə Ərəbistanında qadınların əməyinə verilən qiymətdir. Və qadınlara öz həyatları və icmalarının həyatını müəyyənləşdirən qərarlar verməyə kömək edəcək”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG