Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:17

Saakaşvili 1944-cü il Varşava Üsyanı Gününü Polşada qeyd edir


Gürcüstanın keçmiş prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili ötən iyulda Ukrayna vətəndaşlığından məhrum edildikdən sonra, 1944-cü il Varşava üsyanının ildönümü mərasimində iştirak etmək üçün Polşaya gəlib.

Avqystun 4-də Varşavada keçirilən xatirə mərasimində çıxış edən Saakaşvili polyaklara “Ukrayna və onun vətəni Gürcüstanın Rusiya təcavüzünə qarşı mübarizəsində köməklərinə görə” minnətdarlığını bildirib.

Saakaşvili çıxışında deyib: “Polşa kimi Ukrayna və Gürcüstan da eyni səbəblərə görə, dünya xəritəsində qalmaq üçün olum, ya ölüm dilemması qarşısında qalıb. Polşa Avropanın bu guşəsində azadlığın rəmzi, Ukrayna, Gürcüstan və başqa ölkələr üçün nümunədir”.

Saakaşvili həmçinin mərhum Polşa prezidenti Lex Kaçinskini, onun Gürcüstan üçün çətin 2008-ci ildə Tbilisyə səfərini xatırlayıb. Məhz həmin vaxt özünün separatçı Abxaziya və Cənubi Osetiya regionlarını ram etmək istəyən Gürcüstan Rusiya ordusunun hücumuna məruz qalmışdı.

Saakaşvili deyib ki, 1940-cı ildə müharibə nəticəsində dağıntıya məruz qalmış Varşavanın mərkəzində hündür binaların olmaması Polşa xalqının məhvedilməz ruhunu göstərir.

Saakaşvili Varşavaya Birləşmiş Ştatlardan gəlib. Bu, Ukrayna prezidenti Petro Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edəndən bəri Saakaşvilinin ilk xarici səfəri idi.

Saakaşvili Poroşenkonun “onu Ukraynanın siyasi səhnəsindən uzaqlaşdırmaq məqsədi güdən sərəncamını” pisləyib.

Polşa prezidenti Kaçinski Gürcüstan üçün ağır 2008-ci ildə Tbilisiyə gəlmişdi
Polşa prezidenti Kaçinski Gürcüstan üçün ağır 2008-ci ildə Tbilisiyə gəlmişdi

49 yaşlı qatı qərbpərəst Saakaşvili Gürcüstanda 2003-cü ildə baş vermiş Qızılgül inqilabı nəticəsində hakimiyyətə gəlmişdi.

O 2004-2013-cü illərdə iki müddət ərzində Gürcüstan prezidenti olub.

Lakin onun populyarlığı sonrakı illərdə, xüsusilə də Rusiya ilə 5 günlük müharibədən sonra azalmağa başlamışdı.

Saakaşvilinin uzun illər hakimiyyətdə olmuş partiyası 2012-ci ilin parlament seçkisində məğlub olub.

Saakaşvili 2015-ci ildə Odessa qubernatoru olmaq üçün Ukrayna vətəndaşlığını qəbul etdikdən sonra, Gürcüstan vətəndaşlığından çıxarılıb.

Gürcüstan nümayişçilərə qarşı zorakı hərəkətlərə görə Saakaşvilinin ekstradisiyasını tələb edir.

Saakaşvili ittihamları rədd edir.

Saakaşvili Odessanın qubernatoru vəzifəsindən 2016-cı ildə istefa verib. O bəyan etmişdi ki, rəsmilər onun korrupsiya ilə mübarizəsinə mane olurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG