Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:03

Məhkəmə Saakaşvilinin ekstradisiyadan müdafiə olunmaq ricasını rədd edir


Kiyev məhkəməsi müxalifət siyasətçisi Mixeil Saakaşvilinin, onun mümkün ekstradisiyadan müdafiə olunması üçün ricasını rədd edib. Saakaşvilinin vəkili bildirib ki, məhkəmənin bu qərarı onun deportasiya edilməsi və ya Gürcüstan hakimiyyət orqanlarına təslim edilməsi ehtimallarını artırır.

Ukraynanın İnzibati Apellyasiya Məhkəməsi fevralın 5-də bildirib ki, yanvarın 3-də aşağı instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmü qüvvədə saxlayır.

Saakaşvili onun bir neçə vəsatətləri rədd edildikdən sonra məhkəməni tərk edib və bildirib ki, məhkəmənin qərarı siyasi motivlidir. O bu qərarın prezident Petro Poroşenko tərəfindən verildiyini iddia edib.

Saakaşvili özünün Facebook səhifəsində yazıb ki, bu qərarla o Ukrayna sakini kimi statusunu itirmiş olur.

2004-2013-cü illərdə Gürcüstan prezidenti olmuş Saakaşvili hazırda öz vətənində bir neçə cinayətdə ittiham olunur.

Saakaşvilinin vəkili Ruslan Çernolutski Saakaşvilinin post etdiyi videoda deyir ki, hakimiyyət onun məcburi deportasiyasına nail olmaq üçün qanunsuzluğa əl atır.

Ötən dekabrda Ukraynanın baş prokuroru Yuri Lutsenko demişdi ki, Saakaşvili böyük bir ehtimalla Gürcüstana ekstradisiya ediləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG