Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:15

Prezidentin oğlu indi də paytaxt məclisinin sədri seçildi


Rustam Emomali

Düşənbə meri Rustam Emomali paytaxt deputatlar məsclisinin sədri seçilib.

Bu barədə AzadlıqRadiosunun Tacikistan xidməti məlumat yayıb.

Rustam Emomali aprelin 18-də keçirilən seçkidən sonra deputatlar qarşısında çıxış edərkən tikinti,su təhcizatı, zibil və təmizlik problemlərindən danışıb.

O, həmçinin gənclər arasında ekstremizmin yayılmasının yolverilməz olduğunu bildirib.

Qeyd edək ki, indiki ölkə prezidenti Emomali Rakhmonun böyük oğlu olan Rustam Emomali iki həftə bundan əvvəl-şəhər məclisinə aralıq seçkilərində qalib gəldikdən sonra Düşənbə meri kimi səlahiyyətlərinin rəsmi icrasına başlayıb.

O, aralıq seçkiləri zamanı 25 saylı seçki dairəsində 84 faizdən artıq səs toplayıb.

Rustamın “Demokrat” partiyasından olan rəqibləri Hikmatulla Saidien cəmi 2, 63, və “Aqrar” partiyadan olan rəqibləri Fazliddin İkramov isə 7,81 faiz səs toplayıb.

Xatırladqaq ki, Tacikistan prezidenti Emomali Rahkmon yanavarın 12-də 20 il idi ki, şəhər meri işləyən Mahmadsaid Ubaydulloyevi vəzifəsindən kənarlaşdırıb və digər fərmanla onun səlahiyyətlərinin icrasını oğlu Rustam Emomaliyə həvalə edib.

Rustam bunadək gömrük komitəsinin sədri və antikorrupsiya idarəsinin rəhbəri olub.

Yeri gəlmişkən,Emomali Rakhmonfevralın 15-də şəhər rəhbərliyi ilə görüşdə, necə idarəçilik və davranışla bağlı oğluna 5 məsləhət verib. Həmin sosial videonu təqdim edirik.

Prezidentdən oğluna 5 məsləhət: Biznesmenlərlə yemək yemə...
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Buna da vax:Prezidentin daha bir qızı nazir müavini oldu

Günün bütün mövzuları

XS
SM
MD
LG