Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Rusiya səfiri erməni jurnalistləri Azərbaycanla bağlı eyni sualı verməkdə günahlandırıb (Video)


Ivan Volinkin

Rusiyanın Ermənistandakı səfiri İvan Volinkin Rusiyanın Azərbaycana silah verməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən onları hər dəfə eyni sualı verməkdə günahlandırıb.

Bu barədə sebtyabrın 13-də Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

“Sizin hansısa başqa bir mövzunuz yoxdur ? Dəfələrlə eyni şeyi təkrar edirsiniz, bu barədə nə qədər danışmaq olar ?Biz Ermənistana da silah göndəririk” səfir deyib.

Amma Jurnalistlər yenə də ona belə bir sual veriblər- prezident Vladimir Putinin bəyanatından sonra Rusiya Azərbaycana silah verməkdə davam edəcəkmi ?

Volınkin deyib: “ Ay Allah, məndən nə istəyirsiz… Dedim ki, biz bu barədə danışmayacağıq. Mən bu suala cavab verməyəcəm. Sizə dedim ki, prezidentin çıxışını şərh etməyəcəm”, səfir vurğulayıb.

Mənbənin yazdığına görə Rusiya prezidenti Vladimir Putin bir həftə əvvəl ABŞ-ın Ukraynaya silah satması məsələsinə toxunanda deyib ki, bu münaqişəli regionlarda sülhə xidmət eləmir. “Kimlərəsə silah satmaq və ya pulsuz silah vermək ABŞ-ın suveren qərarıdır və biz bu məsələyə heç cür təsir edə bilmərik. Amma ümumi beynəlxalq qaydalar və yanaşmalar var-münaqişə zonasına silah göndərmək sülhə aparmır, yalnız vəziyyəti dərinləşdirir”, Putin deyib.

Mənbə yazır ki, səfir Volınkin brifinqdə Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyindən çıxması ilə bağlı “Yelk” blokunun təşəbbüsünü də şərh edib.

“Əgər onlar təşəbbüs vermək istəyirlərsə, buyursunlar, heç kim onlara mane olmur. Amma bu Ermənistana nə qədər lazımdır-bu başqa məsələdir. Və hesab edirəm ki, Ermənistan sakinlərinin əksəriyyəti bu təşəbbüslə razı deyil, çünki onlar açıq-aydın Ermənistanın bu birlikdə olmasının üstünlüklərini görürlər”, səfir Volınkin deyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG