Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 14:00

Moskva və Kiyev əsirlərin dəyişdirilməsini müzakirə edirllər


Lyudmyla Denisova (sağda) və Tatyana Moskalkova iyulun 15-də Kiyevdə görüşüblər

İki ölkənin prezidentləri telefon söhbəti etdikdən bir neçə gün sonra Rusiya və Ukrayna rəsmiləri bildiriblər ki, Moskva və Kiyev əsirlrərin dəyidirilməsi məsələsini müzakirə edirlər.

Rusiyanın insan haqları üzrə səfiri Tatyana Moskalkova iyulun 15-də özünün ukraynalı həmkarı Lyudmyla Denisova ilə Kiyevdə nadir görüşlərindən birini keçirib.

Dəyişdirilməsi barədə danışıqlar aparılan məhbus və əsirlərin arasında ötən il Kerç boğazında saxlanmış 24 Ukrayna dənziçisinin də olduğu bildirilir.

Bu arada iyulun 15-də Kiyevdə rusiyalı jurnalist Kirill Vyshinskiy-ni azad etməsi gözlənilən məhkəmə dinləməsi təxirə salınıb.

Bundan az əvvəl Ukrayna Baş Prokurorluğu dövlətə xəyanətdə ittiham olunan jurnalistin böyük bir ehtimalla azad ediləcəyini bildirmişdi.

Moskalkova iyulun 18-dək təxirə salınmış bu dinləmədə iştirak etməliydi və o dinləmənin keçirilməməsindən təəssüfləndiyini bildirib.

İyulun 15-də Ukrayna xarici işlər naziri Pavel Klimkin AzadlıqRadiosuna demişdi ki, planlaşdırılan əsir dəyişdirilməsi ilə ikitərəfli münasibətlərdə “ciddi irəliləyişin” olacağı gözlənilir. Nazir bundan artıq təfərrüat bildirməmişdi.

İyulun 11-də Rusiya və Ukrayna prezidentləri Putin və Zelenskiy həm də əsirlərin dəyişdirilməsi məsələsini müzakirə etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG