Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyun, şənbə, Bakı vaxtı 08:08

Rusiyanın hava zərbəsi təsadüfən Türkiyə əsgərlərini öldürüb


Türkiyə qoşunları Suriyanın şimalında İD və başqa ekstremist qruplaşmalarla döyüşür (Foto arxivdəndir)

Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, Suriyanın şimalında Rusiyanın hava zərbəsi nəticəsində təsadüfən üç türk əsgəri öldürülüb və daha 11 hərbçi yaralanıb.

Fevralın 9-da Kremlin yaydığı xəbərə görə Rusiya prezidenti Vladimir Putin Suriyanın əl-Bab şəhəri yaxınlığında türk əsgərlərin həlak olduqları “bu faciəli insidentlə əlaqədar” telefonla Türkiyə prezidenti Recep Tayyip Erdoğana başsağlığı verib.

Türkiyə hərbiyyəsinin məlumatında deyilir ki, əsgərlər Rusiya hərbi təyyarəsinin raketlə vurduğu binanın içində olublar.

Kreml bildirir ki, “iki lider Suriyada İslam Dövləti və başqa ekstremist təşkilatlarla mübarizənin gedişində hərbi kanallarla daha yaxşı koordinasiyanın qurulması zərurətini” müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, tərəflər koordinasiyadan başqa, bir də informasiya mübadiləsi barədə razılığa gəliblər.

Rusiya Suriyada İD-ə və başqa silahlı qruplaşmalara qarşı döyüşən Assad rejiminə dəstək verir.

Türkiyə Suriyada ekstremist islamçı qruplaşmalara qarşı mübarizə aparmaqla yanaşı, həm də mötədil Suriya müxalifətini dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG