Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Rusiya təyyarəsi qəzayamı uğrayıb, terroramı?


TU-154
TU-154

Rusiya təyyarə qəzasıyla bağlı bütün versiyaları araşdırır. Nəqliyyat naziri, qəzanın səbəblərini araşdıran komissiyanın sədri Maksim Sokolov terror hücumu haqda danışmağın tez olduğunu, amma bütün versiyaları gözdən keçirəcəklərini deyib.

Rusiyanın Müdafiə Nazirliyinin TU-154 təyyarəsi dünən – dekabrın 25-də Soçidən Suriyaya yollanırmış. Təyyarədəkilərin çoxu Suriyadakı rus əsgərlərinə Yeni il konserti verməyə gedən musiqiçilər – Müdafiə Nazirliyinin «Aleksandrov» hərbi ansamblının üzvləri imiş. Nazirliyin məlumatına görə, havaya qalxandan 2 dəqiqə sonra, Moskva vaxtı ilə saat 5:25-də təyyarə radarlardan itib, onun Qara dənizə düşdüyü bəlli olub. Göyərtədəkilərin hamısı – ansamblın 68 üzvü, bir neçə telekanalın əməkdaşı, «Spravedlivaya Pomoş» xeyriyyə fondunun sədri, hüquq müdafiəçisi Elizaveta Glinka - cəmi 92 nəfər həlak olub.

«Fox News» telekanalı bəzi ekspertlərin hadisənin terror aktı olduğuna inandığını deyir. Onları şübhələndirən heyət üzvlərinin problem barədə xəbər verməməsi və təyyarənin qalıqlarının çox geniş əraziyə səpələnməsidir.

«KORDONLARI YARIB KEÇMƏK MÜMKÜNDÜR»

Qəzaya uğrayan TU-154 33 ilin təyyarəsi imiş, yəni Sovet dövründə istehsal olunubmuş. «Fox News» 1960-cı illərdən bu yana Rusiyada mindən çox belə üçmühərrikli təyyarənin istehsal olunduğunu, onlardan həm Rusiyada, həm də dünyanın başqa yerlərində istifadə edildiyini vurğulayır.

Rusiya təyyarəsi Qara dənizə düşüb
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Rusiya Müdafiə Nazirliyi qəzaya uğrayan TU-154-ün 2014 və 2016-cı illərdə yoxlamadan keçdiyini, istifadəyə tam yararlı olduğunu bildirib. Ona görə də, bəzi ekspertlər terror versiyası üzərində dayanıblar. «Texniki problem ola bilərdi… amma bu, heyətin problem barədə xəbər verməsinin qarşısını almazdı», – keçmiş aviadispetçerlərdən Vitaly Andreev «RIA Novosti» xəbər agentliyinə müsahibəsində belə deyib.

Rusiya Federal Təhlükəsizlik Xidmətində (FSB) «SWAT» qrupunun rəhbəri olmuş Aleksandr Gusak isə Rusiyanın «Dojd» telekanalına müsahibəsində təhlükəsizlik kordonlarına baxmayaraq, Rusiya hava limanlarının terror təhlükəsinə hələ də həssas olduğunu söyləyib: «O kordonları yarıb keçmək mümkündür. Bu, bacarıqdan asılı şeydir».

Amma Rusiya parlamentariləri terror versiyasını rədd edirlər. Onların fikrincə, təyyarə etibarlı şəkildə qorunurmuş.

YAXIN KEÇMİŞ

«Fox News» 2014-cü il Qış Olimpiya Oyunlarının Soçidə keçirildiyini, Rusiya prezidenti Vladimir Putin-in bu şəhərə tez-tez səfər etdiyini, bəzi qonaqlarını məhz Soçidəki iqamətgahında qarşıladığını xatırladaraq, şəhərdə təhlükəsizlik məsələsinin həmişə diqqət mərkəzində olduğunu vurğulayır.

Amma yaxın keçmişdə terrora uğrayan Rusiya təyyarələri şübhələri dağıtmağa imkan vermir.

2015-ci ilin oktyabrında, əsasən, rus turistlərini daşıyan bir rus təyyarəsi Misirdən qayıdarkən partladılmışdı. Sinay yarımadası üzərində baş verən partlayış təyyarədəkilərin hamısının – 224 nəfərin ölümüylə nəticələnmişdi. Rəsmilər partlayıcının öncədən təyyarənin baqajına yerləşdirildiyini dedilər. Sonra hadisəyə görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) terrorçu qruplaşması üzərinə götürdü.

2004-cü ildə də intiharçılar eyni gündə iki Rusiya təyyarəsini havada partlatmış, 90-a yaxın adamın ölümünə səbəb olmuşdular.

XS
SM
MD
LG