Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:53

Moskva Trump-dan ümidini kəsir? 


Donald Trump-ın Vladimir Putinlə telefon danışığı, Ağ Ev, Vaşington, 28 yanvar 2017
Donald Trump-ın Vladimir Putinlə telefon danışığı, Ağ Ev, Vaşington, 28 yanvar 2017

Moskva artıq ABŞ prezidentinə qarşı çıxmağa başlayır

Trump Ukrayna məsələsi, özəlliklə Krımın qaytarılmasıyla bağl ritorikasını sərtləşdirəndən və Donbasdakı münaqişə səngiməyəndən bəri Moskva ABŞ prezidentinə qarşı çıxmağa başlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov bu yaxınlarda bildirib ki, Krımın qaytarılması xarici tərəfdaşlardan heç biri ilə müzakirə edilməyəcək.

ABŞ prezidenti Donald Trump-ın Rusiyaya münasibətdə "çox sərt mövqe" tutması haqqında Ağ Evin mətbuat katibi Sean Spicer-in bəyanatı Kremldə məhz belə qarşılanıb.

“Bəlkə Obama Rusiyaya qarşı çox yumşaq olub?”

“Prezident Trump çox aydın bildirib ki, Rusiya hökumətindən Ukraynada zorakılığın aradan qaıdırılmasını və Krımın qaytarılmasını gözləyir", - Sean Spicer-in sözləridir.

Ağ Evin mətbuat katibi, Sean Spicer ,Vaşington
Ağ Evin mətbuat katibi, Sean Spicer ,Vaşington

Daha sonra prezident Trump öz mövqeyini təsdiqləyib.

“Rusiya Obama dönəmində Krımı zəbt edib. Bəlkə Obama Rusiyaya qarşı çox yumşaq olub?”, – Trump“twitter”də belə yazıb.

Bəs Moskva ilə Vaşinqton arasında başlanan bu söz atışması nəyə gətirib çıxara bilər?

Rusiyanın müstəqil Siyasi Texnologiyalar Mərkəzi Fondu siyasi analiz departamentinin rəhbəri Aleksandr Ivakhnik əmindir ki, Trump Kremlin maraqlarına zidd davransa, antiamerika təbliğatı yenidən alovlanacaq.

Politoloq Putin-in Rusiya ilə ABŞ-ın tarixən daim müttəfiq olduqlarını xatırlatdığını da vurğulayıb.

“Ritorikanı dəyişmək lazım gəlib”

Publisist Liliya Shevtsova isə deyir ki, medianın dəstəyi ilə daxili opponentlərin güclü hücumu şəraitində Trump bu zərbənin neytrallaşdırılmasının yollarını axtarmağa məcburdur:

“Trump-la onun xaotik və idarəedilməz bir şey olan komandası buvaxtadək sızmalara görə suçlaya biləcəkləri adamların axtarışına fokuslanırdılar. Ancaq bu, artıq kifayət deyil, ritorikanı dəyişmək lazım gəlib”.

Shevtsova-nın sözlərinə görə, Ağ Evin Moskvayla münasibətlərdə "sərtliyə" dair son bəyanatı, o cümlədən Ukraynanı dəstəkləyən ifadələr, əslində, "fəlakətlə nəticələnə biləcək prosesin qarşısını almaq cəhdidir”:

Vladimir Putin, Miskva, 17 yanvar 2017
Vladimir Putin, Miskva, 17 yanvar 2017

“Trump bu vaxtadək qətiyyətlə müdafiə etdiyi "Rusiya ilə dostluq lazımdır" mövqeyindən boyun qaçırmaq qərarına gəlib. Ağ Evin düşdüyü “Titanik” durumu prezidenti məcbur edir ki, Kremlə rəğbət bəsləməsiylə bağlı ona yönələn ittihamları rədd etsin. Ancaq gündəmə daha nələrin atılacağını hələ heç kim bilmir”.

“Trump “rus amili”nə söykənən hücumları neytrallaşdırmalıdır”

Publisist Trump-ın Rusiya ilə bağlı ritorikasını bundan sonra daha da kəskinləşdirməyə məcbur qalacağını istisna etmir:

“Sual olunur: Reputasiyanın qorunması cəhdləri xarici siyasi maraqlara necə təsir göstərə bilər? Axı bu vaxtadək Trump beynəlxalq terrorizmlə mübarizəni öz xarici siyasi öncəliyi sayır və birgə mübarizədə Rusiyanı özünə potensial müttəfiq hesab edirdi. O, görünür, Moskva ilə müstəsna tərəfdaşlığa ümidlərindən əl çəkməli olacaq. İndi o, Amerika elitasının etimadını bərpa etməli və "rus amilindən" istifadə edən hücumları neytrallaşdırmalıdır”.

Bununla yanaşı, Liliya Shevtsova düşünmür ki, bu, Trump-ın Moskva siyasətində məhz qarşıdurma mövqeyini seçməsi deməkdir:

“Ümumiyyətlə, ifrat postmodernizmi təbliğ edən prezidentin mövqeyindən danışmaq çox sadəlövh davranışdır. Trump vəzifələrlə və onların imitasiyaları ilə jonqlyorluq edə, ziddiyyətli və rasionallıqdan azad davrana bilər”.

Trump istədiyi kimi “yellənməyəcək”?

Ancaq Liliya Shevtsova bunu da ehtimal edir ki, prezidentin komandası onu ənənəvi Amerika siyasəti məcrasına yönəltməyə, ya da heç olmasa, onun bu "yellənməsini" məhdudlaşdırmağa çalışacaq. Onun fikrincə, Kreml artıq Trump-ın prezidentliyinin Rusiya üçün ciddi sınaq ola biləcəyini anlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG