Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:26

Rusiyalılar 1 may nümayişində Telegram-ın qadağanına etiraz edirlər


Moskvada və Sankt Peterburqda minlərlə insan hökumətin internet azadlıqlarını qısmaq cəhdlərinə etiraz bildirmək üçün küçələrə çıxıb. Burada 1 May nümayişinə 100 mindən çox insan qatılmışdı.

Moskva Həmkarlar Təşkilatları Federasiyasının verdiyi məlumata görə 1 May gününü qeyd etmək üçün 120 minədək insan Qırmızı meydandan şəhər küçələrinə yürüş edib.

Son illərdə May Nümayişi Rusiya hakimiyyət orqanları və Vahid Rusiya partiyası tərəfindən təşkil və koordinasiya edilir və bu nümayişlərdə hökumətin tənqidinə yol verilmir.

Lakin builki May günündə nümayişçilər yürüş zamanı populyar Telegram aplikasiyasının bağlanmasına etiraz bildiriblər.

Aprelin 30-da Moskvada 10 minədək yürüşçü Telegram-ın bağlanmasına etiraz edir, prezident Vladimir Putini “oğru” adlandıran şüarlar səsləndirirdi.

Bu etiraz aksiyası Rusiyanın Azadlıqsevərlər Partiyası tərəfindən təşkil edilmişdi. Partiya Telegram-ın bağlanması qərarını “Milli rüsvayçılıq” adlandırıb.

Bu aksiyada çıxış edən müxalifət lideri Aleksey Navalnı növbəti mitinqi mayın 5-nə təyin edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG