Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:04

«Rosneft» və «Exxon» Arktikada neft tapdılar


Lakin Rusiyaya qarşı Amerika və Avropa sanksiyaları layihəni ləngidəcək.

-

Rusiyanın enerji nəhəngi “Rosneft” bəyan edib ki, ABŞ-ın Exxon Mobil şirkəti ilə birlikdə Arktikada qazdığı buruqda neft tapıb.

Xəbər verilir ki, qazma işi rekord müddətdə həyata keçirilib, lakin quyunun neft hasilatı üçün hansı müddətdə inkişaf etdirilə biləcəyi bəlli deyil.

Bu arada Exxon bildirib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına görə layihənin icrasını xeyli yavaşıtmalı olacaq.

Digər tərəfdən ətraf mühit fəalları bu unikal regionda neft hasilatının əleyhinə çıxırlar.

Dünyanın ən şimalında

"Rosneft Arktikada, dünyanın ən şimal-qərbində “Universitetskaya-1” quyusunun qazmasını uğurla başa çatdıdırb” - deyilir şirkətin bəyanatında.

Adı ABŞ-ın qadağan siyahısında olan şirkət başçısı Igor Sechin deyib ki, quyudan “yüngül neft”-in ilk nümunəsi götürülüb.

“Bu, bizim birliyimizin qələbəsidir, - deyib Sechin – biz bu qələbəni dostlarımız və partnyorlarımız - Exxon Mobil, Nord Atlantic Drilling, Schlumberger, Halliburton, Weatherford, Baker, Trendsetter və FMC-nin əməkdaşlığı sahəsində əldə etmişik."

Ekspertlər bildirirlər ki, bu yataqdan çıxarılacaq neftin ehtiyatlarının dəqiq hesablanması üçün qazma işlərini genişləndirmək lazım gələcək.

Onlar həmçinin qeyd edirlər ki, ABŞ sanksiyalarının davam etdiyi bir şəraitdə bu yatağın texniki baxımdan necə inkişaf etdiriləcəyi suallar doğurur.

“The Finacial Times” qəzeti yazır ki, “Rosneft” və Exxon sözü gedən qazma işinə ötən yay başlayıblar və Rusiya şirkəti üzərinə maliyyə sanksiyaları qoyulandan sonra da işlər dayanmayıb.

Doğrudur, az əvvəl Exxon bəyan etmişdi ki, sanksiyalarla bağlı quyudakı işləri yavaşıtmalı olacaq.

Arktikanın “Səudiyyəsi”

Qəzet yazır ki, neft ekspertləri 700 milyon dollarlıq bu quyuda qazma işini diqqətlə izləyirdilər, çünjki onların qənaətinə görə, Arktika Yer kürəsində toxunulmamış neft qalan yeganə region hesab olunur.

Ekspertlər bunu da bildirirlər ki, quyudan maye yanacaq çıxması (onlar nefti və qaz kondensatını birlikdə belə adlandırırlar) müsbət xəbərdir, çünki bəzi mütəxəssislər buradan yalnız qaz çıxacağını gözləyirdilər.

“Rosneft”in icraçı direktoru və prezident Putinin yaxın müttəfiqi Igor Sechin bu ayın əvvəllərində bəyan etmişdi ki, şirkət qarşıdan gələn 15 ildə Arktikaya 400 milyard dollar investisiya qoya bilər.

“Biz orada ehtiyatları Səudiyyə Ərəbistanı ilə müqayisə oluna biləcək yeni neft regionu yaratmağa hazırlaşırıq” – deyib Sechin “Der Spiegel” məcmuəsinə.

Igor Sechin bildirib ki, “Pobeda” adlandırılacaq yatağın quyu qazılan hissəsində 750 milyon barrel yüksək keyfiyyətli yüngül neft və 338 milyard kubmetr qaz ehtiyatı var.

Lakin bu layihə ilə yaxından tanış olanlar bildirirlər ki, ilk quyudan alınan nəticələr həlledici deyil.

Bu ekspertlərin fikrincə ehtiyatların az-çox dəqiq hesablanması üçün gələn il bu ərazidə daha bir kəşfiyyat quyusunun qazılması lazım gələ bilər.

Vaşinqton Exxon-a bir az da vaxt verib

Burası da var ki, yeni yataqlarda neft ehtiyatlarının çox olması Exxon şirkətinin işlərini asan etməyəcək və onun Rusiyadakı fəaliyyətinin miqyası ABŞ sanksiyalarının müddətindən asılı olacaq.

ABŞ Maliyyə Nazirliyinin Amerika şirkətlərinin Rusiya ilə müştərək bizneslərinin dayandırılması üçün qoyduğu möhlət sentyabrın 26-da başa çatıb.

Bu tarixdən sonra ABŞ şirkətlərinin Rusiya Arktikasında neft çıxarılması üçün müştərək layihələrdə işi qadağan edilir.

“The Financial Times” yazır ki, məhz buna görə də Kar dənizində qazılmış quyunun ağzı möhürlənib. ABŞ Maliyyə Nazirliyi quyunun təhlükəsiz şəklildə bağlanması üçün Exxona möhlətdən bir qədər uzun müddətə icazə vermişdi.

Məqalədə deyilir ki, Exxon-un “Rosneft”lə strateji əməkdaşlığı ABŞ-da gələcək iqtisadi artımın əsas mənbələrindən biri hesab olunurdu.

“Rosneft” bildirib ki, iki şirkət Kar və Qara dənizlərdəki kəşfiyyat-axtarış layihələrinə 3, 2 milyard dollar uinvestisya yatırmaq niyyətindədir.

Ruslar da Amerikada qaz axtaracaqlar?

Qəzet yazır ki, 2011 və 2013-cü illərdə Arktikada neft və qaz yataqlarının axtarışı və inkişaf etdirilməsinə dair BP şirkəti və “Rosneft” arasında bağlanmış bir neçə buna bənzər saziş iflasa uğradıqdan sonra, Exxon Rusiya şirkəti ilə Arktikada və Qərbi Sibirdəki Bajenov şist yataqlarında müştərək işə razılıq verib.

Exxonla bağlanmış saziş “Rosneft”ə həmçinin ABŞ-da, Meksika körfəzində kiçik səhm paylarına sahiblənmək imkanı verib.

İki şirkət həmçinin ABŞ-da şist qazı yataqlarının inkişaf etdirilməsi layihələrində birgə çalışmağı qərara alıb.

Lakin siyasi şərhçilər bu qənaətdədirlər ki, Amerika və Avropanın Rusiya üzərindəki sanksiyaları qaldırılanadək bu layihələr uzaq perspektiv olaraq qalacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG