Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:44

Rusiyalılar Suriyaya müdaxiləni dəstəkləmirlər


İrandan qalxan Rusiya təyyarələri Suriyanı belə bombaladı
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

İrandan qalxan Rusiya təyyarələri Suriyanı belə bombaladı

Rusiyalılar prezident Vladimir Putin-in Suriyaya hərbi müdaxiləsini dəstəkləmirlər. Bu arada həmin ölkədə Rusiyanın əməliyyatları ikinci ildönümə yaxınlaşır, münaqişədə ölən rusiyalıların sayı isə artır.

ÖLƏNLƏRİN SAYI 12 NƏFƏRDİR

Rusiyanın müstəqil «Levada» sorğu mərkəzinin «Interfax» xəbər agentliyi üçün keçirdiyi sorğu sentyabrın 5-də açıqlanıb. Bir gün öncə isə Moskva Suriyada daha iki rusiyalının öldüyünü açıqlayıb.

Rəyi soruşulanların üçdə birindən də azı (30%) Rusiyanın Suriyada Bashar al-Assad rejimini dəstəkləyən hərbi əməliyyatları davam etdirməsini istəyir.

İndiyədək Rusiya Müdafiə Nazirliyi Suriyada 12 nəfərin öldüyünü bildirir. Ancaq «Reuters» informasiya agentliyi ötən ay hesablamışdı ki, əslində, Suriyada ölən rusiyalı əsgərlərin sayı 40-dır.

2015-ci ilin sonunda başlanan kampaniyanın məqsədi Suriya hökumətini dəstəkləmək, eyni zamanda, orada savaşan radikal rusiyalı islamçıların ölkəyə qayıdışının önlənməsi ilə izah olunurdu. İndi ölkədə çoxu buna qarşıdır.

49 FAİZ DEYİR, ƏMƏLİYYATLAR BİTSİN

Rəyi soruşulanların 49 faizi Moskvanın Suriyaya hərbi müdaxiləyə son qoymalı olduğunu düşünür, 22% cavab verməkdə çətinlik çəkib. Rusiyalıların çoxu deyib ki, Suriyayla bağlı xəbərləri izləyirlər, 56 faiz son hadisələrdən xəbərdar olduğunu bildirib.

Rusiyanın dövlət mediası isə dövlət puluyla keçirilmiş sorğuya istinadla apreldə yazırdı ki, 53% Suriyada əməliyyatları dəstəkləyir.

Ancaq Levada-nın son sorğusu bir məsələni də üzə çıxarıb – rusiyalıların üçdə biri (32%) qorxur ki, Suriyada sovet-əfqan konflikti təkrarlana bilər. Həmin münaqişədə 15 min sovet əsgəri həlak olmuş, Moskva 1989-cu ildə geri çəkilmişdi. Bu səbəbdən həmin müharibə indi «sovet Vyetnamı» adlandırılır. Rusiyalıların 40 faizə yaxını bu nəticəni elə də mümkün saymır, 11% bu ehtimalı tamamilə çıxdaş edir. Qalan 10% buna əmin deyil.

XS
SM
MD
LG