Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:24

Rusiya xarici şərablar üçün rüsumu 3 dəfə artıra bilər


Şərab dükanı. İllüstrasiya

Rusiya xaricdən gətirilən şəraba görə rüsumu yaxın gələcəkdə 3 dəfə artırmağı planlayır.

Bunu Kənd təsərrüfatı naziri Aleksandr Tkaçov deyib. O bildirib ki, hazırda Rusiyada üzümlüklərin sahəsinin 2 dəfə artırılması üçün iş gedir.

İndi rüsum malın qiymətinin 12,5 faizi qədərdi.

Tkaçov deyib ki, yerli istehsalı artırmaq üçün xaricdən gətirilən ucuz şərabları yığışdırmaq lazımdı.

Rusiya ilhaq etdiyi Krımda da şərab istehsalını artırmaq istəyir.

Qərb ölkələri Krımın ilhaqından sonra Rusiyaya sanksiyalar qoyandan sonra Kreml ölkədə idxalın əvəzlənməsi layihələrinə start verib.

Rusiyaya Azərbaycandan da şərab ixrac edilir.

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov Trend-ə deyib ki, Azərbaycan şərabının əsas ixrac bazarı Rusiya və Çindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG