Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:58

ABŞ Rusiya və Çinə yeni sanksiyalar elan edir


ABŞ Maliyyə Nazirliyi

Birləşmiş Ştatlar Şimali Koreyaya və onun rejiminin raket və nüvə proqramlarına yardım etdiklərinə görə Çin və Rusiyanın şirkət və fərdlərinə yeni iqtisadi sanksiyalar qoyduğunu elan edib.

ABŞ-ın Maliyyə Nazirliyi Pxenyanı ətraf aləmdən daha da təcrid etməli olan yeni tədbirləri avqustun 22-də açıqlayıb.

Yeni sanksiyalar Çinin 6 və Rusiyanın bir şirkətini, habelə dörd rusiyalını hədəfləyir. Yeni sanksiyaların siyahısına Afrikada mənzillənmiş bir tiktinti şirkəti və Şimali Koreyaya neft satmaqda ittiham olunan iki Sinqapur qeydiyyatlı şirkət daxil edilib.

Maliyyə Nazirliyi bunu da bildirib ki, bu şirkətlər Şimali Koreyanın silah proqramlarına kömək etməkdən başqa, həm də Pxenyanın “işçi qüvvəsi ixrac etməsinə və sanksiyalı Şimali Koreya vahidlərinin ABŞ və beynəlxalq maliyyə sistemlərinə girişinə imkan yaradıblar”.

Bəyanatda daha təfərrüatlı məlumatlar verilmir. Bununla belə Rusiya şirkətlərinin uzun müddətdir ki, Şimali Koreyadan olan fəhlələrdən Sibirdə meşəqırma və taxta tədarükündə, habelə başqa mədən işlərində istifadə etdiyi məlumdur.

Sanksiyalar adıçəkilən şirkət və fərdlərin bütün maliyyə aktivlərinin bloklanmasını və amerikalılara bu şirkətlərlə hər hansı birgə fəaliyyəti qadağan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG