Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 08:53

Rusiya qaçaqmal ərzaq yandırmağa bir şəhər büdcəsi qədər pul xərcləyir


Məhv edilən ərzaq.

Rusiyanın baş naziri Dmitry Medvedev dekabrın 7-də dövlətin satın alması yasaq sayılan tibbi avadanlıq siyahısının genişləndirilməsinə dair sərəncam imzalayıb.

Siyahı üç dəfə uzadılıb, ancaq burası da var ki, diaqnostika avadanlığı, əməliyyat cihazları və yeni doğulanlar üçün inkubatorlar Rusiyada istehsal olunmur.

Gələn ildən etibarən, Rusiya Səhiyyə nazirliyi ara həkimlərinə lisenziya paylamağı planlaşdırır. Lisenziya almaqdan ötrü onlardan tibb təhsili tələb edilməyəcək.

Buna da bax:​ 20 milyon manatlıq qaçaqmal saxlanıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ilboyu sanksiyaya məruz qalmış 8 tondan çox azuqəni məhv etdiyini fəxrlə bildirir.

Ekspert hesablamalarına görə...

Ekspert hesablamalarına görə, 2014-2016-cı illərdə Rusiya iqtisadiyyatının sanksiyalar üzündən dolayı itkiləri təxminən 170 milyard dollardır. Rəsmi məlumatlarda bu rəqəm qat-qat az - 23 milyard dollar göstərilir.

Sanksiya qoyulan ərzağın məhvi də yetərincə baha başa gəlir. Belə məhsulların tullanması, buldozerdən istifadə, yaxud onların ayrıca sobada yandırılması büdcə vəsaiti hesabına gerçəkləşdirilir.

Sərhəd məntəqələrində yaradılan və qida məhsullarının yandırıldığı krematoriumlardan ötrü sobalar Peterburqda yerləşən "Turmalin" şirkətindən alınır.

Buna da bax: Siqaret qaçaqmalçıları ayda nə qədər qazanır?

Şirkətin qeydiyyat şəhadətnaməsini hələ uzaq 1993-cü ildə Vladimir Putin şəxsən imzalayıb. O zaman Putin Sankt-Peterburq meriyasının xarici əlaqələr komitəsinə rəhbərlik edirmiş.

Sənədlərdə tenderin keçirildiyi qeyd edilsə də...

2008-ci ildə Kənd Təsərrüfatı Nazirliyi üzvi materialların yandırılması üçün xüsusi sobaları (onlara insinerator deyilirmiş) yalnız "Turmalin"dən almağa başlayıb. Sənədlərdə tenderin keçirildiyi qeyd edilsə də, əslində, nazirlik bunun üçün heç bir tender keçirməmək qərarına gəlibmiş.

Sanksiyalar təzə başlarkən, sobaların ən yayılmış modelinin qiyməti 104 min dollar olub.

Buna da bax:​ Rusiya ‘saxta neft xəbərlərindən’ 6 milyard dollar qazanıb

2014-cü ildə sobaların, əsasən, idxal olunmuş hissələrdən düzəldildiyi bilinsə də, o vaxt həmin hissələrin ölkəyə gətirilməsinə qadağa qoyulmayıb.

Ərzaq yandırmaq üçün iri sobalar
Ərzaq yandırmaq üçün iri sobalar

Tver kimi ortaölçülü şəhərin illik büdcəsi qədər

Ölkənin bu ildən istifadə etməyə başladığı yeni model sobalar yasaq ərzağı 3 dəfə daha tez yandırsa da, qiyməti əvvəlki modeldən 2 dəfə bahadır. Bu il dövlət büdcəsindən qaçaqmal yolu ilə gətirilmiş məhsulların məhvinə 5 milyard rubl (78 milyon dollar) vəsait ayrılıb. Həmin məbləğ Tver kimi ortaölçülü şəhərin illik büdcəsi deməkdir.

Avqust ayında Rusiya hökuməti embarqo qoyulmuş ərzağın məhvedilmə müddətini gələn ilin sonunadək uzadıb. Noyabrın 22-də keçirilmiş "Fəaliyyət forumu”nda sahibkarların özü bunu Putin-dən xahiş etdilər.

Buna da bax: 'Alibaba' ruslara mikro kreditlər verməyi planlaşdırır

Ərzağın məhvi bir növ “kim daha çox sanksiyalı ərzaq məhv edər” yarışına çevrilib: Göstəriciləri geri qalanları qınayırlar.

Putin də etiraf edir, amma...

Rusiyanın tətbiq etdiyi sanksiyaların ölkədə ərzaq qiymətlərini yüksəltdiyini prezidentin özü də boynuna alır. Ancaq İqtisadi İnkişaf nazirliyi xalqı sakitləşdirməkdən usanmır: "Əvəzində Avropa Birliyi və ABŞ ildə 8,6 milyard dollarlıq satış bazarını itiriblər".

XS
SM
MD
LG