Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 12:44

Rusiya Birləşmiş Ştatlara etiraz notası təqdim edib


Rusiyanın San Fransiskodakı konsulluq binasının bacasından qara tüstü çıxır

ABŞ-ın Rusiyadakı səfirinin müavini bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilib və ona Birləşmiş Ştatların Rusiyanın Vaşinqtondakı ticarət missiyası kompleksində axtarış aparmaq planı ilə əlaqdar etiraz notası təqdim edilib.

Nazirliyin bəyanatında deyilir ki, səfir müavini Anthony F. Godfrey-ə təqdim edilən notada Rusiyanın diplomatik binasının “qanunsuz yoxlanması” planı “misli görünməmiş aqressiv akt” kimi dəyərləndirilir.

Nazirlik bunu da iddia edir ki, ABŞ-ın xüsusi xidmətləri axtarışdan binada “kompromat əşyalar yerləşdirməklə” “anti-Rusiya təxribatlarına” əl ata bilər.

ABŞ Dövlət Departamenti San Fransiskodakı konsulluq binasının boşaldılması üçün Rusiya tərəfinə sentyabrın 2-dək vaxt vermişdi. Bundan başqa Vaşinqton və Nyu Yorkda da Rusiya nümayəndəliklərinə aid iki binanın boşaldılmasına göstəriş verilib.

ABŞ-ın bu addımı Rusiyanın iyulun 28-də bu ölkədəki ABŞ diplomatik personalının 455 nəfərədək ixtisar edilməsi qərarına cavab olaraq atılıb.

Bu qərara görə ABŞ sentyabrın 1-dək özünün 755 heyət üzvünün fəaliyyətinə son verməli idi.

Moskva və Vaşinqton arasında münasibətlər Rusiyanın Ukraynanın şərqində təcavüzkar hərəkətlərinə və 2016-cı il ABŞ seçkisinə iddia edilən müdaxiləsinə görə korlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sentyabrın 1-də bəyan etmişdi ki, adı çəkilməyən ABŞ agentlikləri Rusiyanın San Fransiskodakı konsulluq binasında axtarış aparmağı planlaşdırır.

Zaxarovanın bu bəyanatından sonra San Fransiskodakı konsulluq binasının bacasından qatı qara tüstü çıxmağa başlamışdı.

Dövlət Departamentinin sözçüsü Associated Press agentliyinə demişdi ki, konsdulluqda naməlum əşyalar yandırılır.

Zaxarova Facebook-da bunun binanın boşaldılmasına hazırlıqla bağlı olduğunu yazmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG