Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:30

Telefon xuliqanı Gürcüstan daxil işlər nazirinə necə zəng vurub?


Gürcüstan daxili işlər nazirliyi

İnternetdə yayılmış qalmaqallı telefon danışığında özünü Ukraynanın daxili işlər naziri Arsen Avakov kimi təqdim edən rusiyalı pranker guya öz gürcü həmkarı Georgi Mgebrishviliyə bildirir ki, Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili bir neçə gündən sonra Ukraynaya gələ bilər və Ukrayna tərəfi onu Gürcüstan hökumətinə ötürməyə hazırdır.

«Əgər o əclaf (Mikheil Saakashvili) oralarda (Ukraynada) peyda olsa, Allah xətrinə, qoy lap bomj olsun, ancaq burada, Gürcüstanda həbsdə olmasın. Biz ondan qəhrəman düzəltmək istəmirik. Burada hər şey stabilləşib, sakitləşib, onsuz yaxşı yaşayırıq», – rus prankerlərin iddiasına görə Gürcüstanın daxili işlər naziri Georgy Mgebrishvili deyib.

Buna da bax: '2008-ci il müharibəsi hamıya dərs oldu' - Politoloq

Bu telefon danışığının səs yazısı üç gün öncə rusdilli internetdə yayılıb. Rusiya KİV-ləri yazır ki, Leksus ləqəbli telefon xuliqanı (Aleksei Stolyarov) Gürcüstanın daxili işlər nazirini dolayıb. Ukraynalı həmkarı Arsen Avakovun adından ona zəng vuraraq Mikheil Saakashvilini təhvil verməyi təklif edib.

Hakim partiya bu səs yazısının saxta olduğunu deyir. Hakim «Gürcü arzusu» partiyasının liderlərindən biri Mamuka Mdinaradze deyir:

«Bildiyim qədər bu məsələdə Gürcüstanın daxili işlər nazirliyi bəyanat verərək bildirib ki, belə söhbətlər açıq xətlərdə aparılmır... Bu yazının həqiqi olmasından danışmağın da heç bir mənası yoxdur».

Buna da bax: Rohani: 'İran nüvə sazişindən bir neçə saat içində çıxa bilər'

Gürcüstan parlamentinin hüquq komitəsinin sədri Eka Beselia da eyni fikirdədir:

«Mən buna ciddi kontekstdə baxa bilmirəm. İstənilən adam belə şou və yumoristik skeç epizodları ilə məşğul ola bilər. Ancaq bu, ciddi siyasi müzakirə predmeti ola biləcək mövzu deyil».

Müxalif «Milli hərəkat» üzvləri isə hesab edirlər ki, bu yolla Gürcüstan rəhbərliyi dövlət əhəmiyyətli məsələlərin mühafizə olunmayan kanallarda, şəxsiyyəti müəyyən olunmamış adamlarla müzakirə etdiyinə görə məsuliyyətdən yayınmağa çalışır. «Birləşmiş Milli Hərəkat» parlament fraksiyasının rəhbəri Tinatin Bokuchava deyir:

Buna da bax: Prezidentin bəyanatları toy bazarına ciddi zərbə vurub

«Dərhal bu səs yazısının ekspertizası keçirilməlidir. Bu yazının həqiqi olduğu təsdiqlənərsə, nazir Mgebrishvili dərhal öz postunu tərk etməli, Saakashvilinin ...təqibinə son qoyulmalıdır. Növbəti dəfə sübut olundu ki, bu təqib siyasidir».

Politoloq Khatuna Lagazidze hesab edir ki, istənilən halda yayılmış səs yazısı dövlətdə ciddi problemlərin mövcudluğundan xəbər verir:

«Əgər yazı həqiqidirsə, onda bu, dövlət təhlükəsizlik sistemində nəhəng «qara dəliklərdən» xəbər verir. ...Daxili işlər naziri həmsöhbətin şəxsiyyətini təsdiq etmədən ona dövlət əhəmiyyətli məlumat verir. Ancaq yazı həqiqi deyilsə, bu da bəzi risklərin mövcudluğundan xəbər verir. ...Kimsə hansısa yolla Gürcüstanın hüquqi müdafiə və vahid təhlükəsizlik sisteminin sabitliyini pozmağa çalışır. İstənilən halda bu, zarafat deyil».

Buna da bax: Saakashvili və Medvedev-in Facebook-da söz savaşı

Ekspertlərsə Saakashvilinin təhvil verilməsinin Gürcüstan hakimiyyətinə nə dərəcədə sərfəli olmasını müzakirə edirlər.

«2012-ci ildə «Gürcü arzusu» «rədd olsun kriminal hakimiyyət, soyğunçuları - Saakashvili və bandasını ittiham edirik!» şüarı ilə çıxış edirdi. ...İndi onlar onu həbs etməsələr, seçicilərinin gözləntilərini doğrultmayacaqlar. Ancaq həbs etsələr, bütün dünyada heç kim Gürcüstan məhkəməsinin həqiqətən qərəzsiz olduğuna inanmayacaq. Yəni onlar ya seçicilərin gözləntilərini aldatmalı, ya da sivil dünya qarşısında alçalmalı olacaqlar», - politoloq Tornike Sharashenidze deyir.

Buna da bax: Saakashvili: "Putin sonda beynəlxalq təcrid vəziyyətə düşəcək"

Bir çox politoloqlar və hakimiyyətin opponentləri hesab edirlər ki, səs-küylü qalmaqal hakimiyyətin işinə yarayır. «Milli Hərəkat» təmsilçiləri daxili işlər nazirliyi qarşısında tələb irəli sürüblər. Onlar deyirlər ki, əgər nazirlik xarici mütəxəssislərə müraciət edərək sözügedən səs yazısının həqiqiliyinin yoxlanılması üçün müstəqil ekspertizanın aparılmasına çalışmasa, bu işlə müxalifət partiyasının özü məşğul olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG