Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:50

Rusiya qvardiyasının baş leytenantı 4 xidmət yoldaşını güllələyib


Foto arxivdəndir
Foto arxivdəndir

Interfax agentliyinin verdiyi xəbərə görə Rusiya Milli Qvardiyasının baş leytenantı Çeçenistandakı hərbi hissədə 4 xidmət yoldaşını güllələyərək öldürüb.

Xəbərdə deyilir ki, “atəş açan hərbçi ləğv edilib”.

Hadisı barədə rəsmi açıqlamada bildirilir ki, “ilkin məlumata görə Çeçenistan Respublikasındakı Şelkovskaya kəndində yerli vaxtla saat 16-da Rusiya Milli Qvardiyasının Şimali Qafqaz hərbi dairəsinin hərbi hissələrindən birində qvardiyanın baş leytenantı 4 xidmət yoldaşını ölümcül güllələyib. Hərbi hissənin qışlasında atəş açan hərbçi növbətçi bölmənin döyüşçüləri tərəfindən ləğv edilib”.

İnsidentlə bağlı hərbu prokurorluq tərəfindən cinayət işi qaldırılıb, hadisə yerinə Rusiya Milli Qvardiyasının əməliyyat-istintaq qrupu göndərilib.

Bundan bir ay əvvəl buna bənzər insident Amur vilayətində baş vermişdi.

Sentyabrın 29-da 23 yaşlı hərbi çağırışçı, Dağıstan doğumlu yefreytor Qasan Abdulaxadov poliqonda olarkən bir zabitə və xidmət yoldaşlarına atəş açmışdı.

O vaxt zabit də daxil üç hərbçi həlak olmuşdu. Abdulaxadov Şərq hərbi dairəsinin antiterror qrupu tərəfindən aşkar edilmiş, lakin müqavimət göstərərkən öldürülmüşdü.

Bu hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, insidentə əsəb sarsıntısı da daxil səbəb ola biləcək bütün versiyalar araşdırılır.

Lakin o vaxtdan bəri araşdırmanın nəticəsi barədə məlumat verilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG