Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 02:47

'Rusiyayla əməkdaşlığın yolları tapılmalıdır'


Ash Carter

Vəzifədən getməkdə olan Pentaqon rəhbəri Ash Carter deyib ki, ABŞ Rusiyayla əməkdaşlığın yollarını axtarıb tapmalıdır. «Bloomberg» agentliyinə müsahibəsində A.Carter bildirib ki, Rusiya prezidenti Vladimir Putin-in davranışları əməkdaşlıq imkanlarını azaltsa da, münasibətləri qurmağın yolları, hələ ki, qalır.

ƏMƏKDAŞLIQ SAHƏLƏRİ DARALIR

«Mən bizim əməkdaşlıq edə biləcəyimiz sahələrin olduğunu görürəm. Düzdür, onlar get-gedə azalmaqdadır. Bu da Rusiyanın seçdiyi trayektoriyadır. Bunun nəticəsidir ki, son 10 ildə birgə fəaliyyət göstərə biləcəyimiz sahələr sürətlə daralır».

Buna da bax-Amerikalıların yarısı rusların seçkiyə müdaxiləsinə inanır

İki gündən sonra – yanvarın 20-də andiçmə mərasimi keçiriləcək yeni prezident Donald Trump Rusiyayla yaxınlıq vəd edib və hazırkı Pentaqon rəhbərinin fikrincə, bu mümkündür. Onun sözlərinə görə, məsələn, Şimali Koreyanın nüvə silahlarının önlənməsi, İranın nüvə silahı əldə etməsini əngəlləmək kimi məsələlərdə Rusiyayla ABŞ ortaq nöqtəyə gələ bilərlər.

A.Carter Suriyada «İslam dövləti» (İŞİD) qruplaşması terrorçularıyla mübarizədə buna nail ola bilmədiklərini vurğulayıb. Bu günlərdə «NBCnews»a müsahibəsində A.Carter Rusiyanın İŞİD-lə mübarizədən ötrü heç bir iş görmədiyini, terrorla mübarizədə əməkdaşlığa söz verdiyini desə də, İŞİD-ə qarşı əməliyyatlara, ümumiyyətlə, qarışmadığını söyləmişdi.

«KÖRPÜ YARATMAQ ÇƏTİN OLAR»

Birləşmiş Ştatlar Suriyada müxalifəti, Rusiya isə prezident Bashar əl-Assad-i müdafiə etdiyindən, tərəflər Suriya məsələsində bir araya gələ bilmədilər. Amma yeni seçilmiş prezident D.Trump İŞİD-ə qarşı birgə mübarizə cəhdlərindən danışıb.

Buna da bax-Putin Trump-a dair iddiaları 'cəfəngiyat' adlandırıb

A.Carter deyib ki, Rusiyayla həm NATO-nun, həm də ABŞ-ın maraqlarına uyğun fəaliyyət göstərmək mümkündür. «Amma əgər Rusiya gözlədiyimiz mövqeyi – Birləşmiş Ştatların da maraqlarına uyğun mövqeyi tutmasa və yalnız, həm də bilərəkdən qarşı tərəfdə dayansa, körpü yaratmaq çox çətin olar», – A.Carter belə deyib.

«Bloomberg»in «Gələn 4 ildə Rusiyayla hansı sahədə əməkdaşlıq edilə bilər» sualına cavabında A.Carter yenə Şimali Koreyanın nüvə proqramından danışıb: «Rusiya da bizim kimi, sərhəddə müharibə məsələsinə diqqətlə yanaşır və sərhədində yeni nüvə ölkəsinin yaranması onun da maraqlarına uyğun deyil». A. Carter bu məsələdə Çinin də əhəmiyyətini vurğulayıb, Birləşmiş Ştatlarla müqayisədə Çinin Şimali Koreya üzərində daha böyük nüfuzu olduğunu qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG