Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:43

Yeddi ildir oğullarını ancaq Skype-da görür


Rusiya pasportu
Rusiya pasportu

Rusiya DİN-in verdiyi məlumata görə, bu il yanvarın 1-nə ölkədə 9 milyon 747 min 621 əcnəbi şəxs olub. Bu statistikaya vətəndaşlığı olmayanlar da daxildir. Bu əcnəbilərdən yalnız 265 min nəfəri ötən il Rusiya vətəndaşlığı alıb. Aradakı nəhəng say fərqi (təxminən 40 dəfə) təkcə əksəriyyətin qazanc dalınca gəlməsi ilə yox, həm də mürəkkəb vətəndaşlıq alma proseduruyla izah olunur.

CurrentTime.tv portalı Rusiyada sənədsiz yaşayan, Rusiya pasportu ala bilməyən üç şəxsin hekayəsini dərc edib.

SOVET MİLİSİNİN OĞLU

«Mən indi heç kiməm, yəqin ki, bomjam, ancaq özümü rusiyalı, Rusiya Federasiyasının vətəndaşı sayıram», – deyən Aleksandr Saraev artıq 12 ildir ki, Rusiya pasportu almaq hüququnu sübut etməyə çalışır. O, 2004-cü ildə Daşkənddən Rusiyaya qayıdıb. SSRİ-nin dağılmasından sonra Özbəkistan pasportu alıb. Özü də əmin olub ki, Rusiya pasportu almaq çətin olmayacaq. Axı o, Rusiyada doğulub. Onun milis zabiti olan atasını 70-ci illərdə ovaxtkı Sverdlovskdan (indiki Yekaterinburq) Özbəkistana ezam ediblər.

***Buna da bax-8 il əvvəl pasportsuz qalan bir azərbaycanlının başına gələnlər...

«Çox güman ki, insanların ölkəyə yerləşməsini nəzərdə tutan proqramda onların yaşayış yeri ilə təminatı, pul vəsaiti və s. nəzərdə tutulub. Bütün bunlarsa büdcə pulları deməkdir. Mənim kimilər çoxdur, dövlətin də, sadəcə, çətin ki, bu qədər pulu olsun», – deyə Saraev ehtimal edir.

İllər keçir, ancaq Aleksandr-ın müraciəti hər dəfə rədd olunur. Ona gah Özbəkistan pasportu almaqla Rusiya vətəndaşlığından imtina etdiyini, gah Rusiya ilə RSFSR-in bir-birinə aidiyyəti olmadığını sübut etməyə çalışırlar. Arayış dalınca və məhkəmə qapılarında süründüyü müddətdə Özbəkistan pasportunun da vaxtı keçib. Odur ki, qeyri-qanuni işləyir və sənədsiz yaşayır.

Federal Miqrasiya Xidmətinin əməkdaşı miqrantların sənədlərini yoxlayır.
Federal Miqrasiya Xidmətinin əməkdaşı miqrantların sənədlərini yoxlayır.

Maraqlısı odur ki, Aleksandr-ın başqa ölkədə yaşamaq şansı olub. Onun alman əsilli həyat yoldaşı 90-cı illərdə uşaqları ilə birlikdə Rusiyaya yox, Almaniyaya köçüb. Aleksandr-sa «prinsipə gedərək» Rusiyada yerləşmək istəyib. Axı o, Əfqanıstanda vuruşub. Artıq yeddi ildir ki, oğullarını ancaq «Skype»da görür.

RUSİYA VƏTƏNDAŞLIĞI ÜÇÜN DNT TESTİ

Tatyana Kudryavtseva-nın 18 yaşı var. Ancaq hələ də doğum şəhadətnaməsinin ümidinə qalıb. Anası rusdur, onun Rusiya pasportu var. Atası isə SSRİ dağılanda Qazaxıstanda yaşayıb. Pasportu da Qazaxıstan pasportudur. Tanya doğulanda onun sənədlərini qaydaya salmayıblar. Ailənin sənəd almağa pulu olmayıb. Yalnız 16 yaşında Tanya hamilə qalanda məsələnin ciddiliyi ortaya çıxıb. Qəyyumluq orqanları ona bildiriblər ki, sənədləri olmasa, uşağı ondan alıb körpələr evinə yerləşdirəcəklər.

***Buna da bax-Almaniyadan Rusiyaya qaçan ailənin Sibir sərgüzəştləri

Tatyana sənədlərini düzəltmək üçün məmurlardan kömək istəyib. Oğlunun atasının Rusiya pasportu var. Ancaq məmurlar ondan DNT analizi verməyi tələb edirlər. Onlar əmin olmaq istəyirlər ki, o, həqiqətən də pasportu öz övladına almaq istəyir.

MÜƏLLİMLƏR LAZIM DEYİL

Dustmurod Mirzoev altı ildən artıqdır ki, Rusiya pasportu ala bilmir. Tacikistandan Rusiyaya 10 il öncə gəlib. Dediyinə görə, Rusiya xoşuna gəlib və burada yerləşməyi qərara alıb. Hökumət «Həmvətənlər» proqramı çərçivəsində SSRİ-də doğulmuş şəxslərə Rusiya pasportunu sadələşdirilmiş prosedurla verir, onlara sosial dəstək vəd edib. Ancaq sözdən əmələ keçəndə hər şey fərqli olub.

İngilis dili müəllimi olan Mirzoev beş dil bilir: rus, alman, ingilis, tacik və özbək. Ancaq Rusiyada peşəsini dəyişərək qablaşdırıcı işləməli olub. Buna baxmayaraq, hələ də vətəndaşlıq ala bilmir. Köçüb getməksə artıq çox gecdir.

Ural Qaçqınlar Assosiasiyasının prezidenti Lyudmila Lukashova deyir ki, Rusiyada vətəndaşlığın verilməsi kimi intellektual və elmi yanaşma tələb edən işi keçmiş milisə həvalə ediblər. «Onlar heç bir kurs keçməyiblər, öz stereotipləri, bildikləriylə davam edirlər. Onlara elə gəlir, vətəndaşlığın nə olduğunu təkcə onlar bilirlər, bizsə qanunları anlamırıq», – o deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG