Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:33

Rusiya ABŞ-a cavab barədə ziddiyyətli bəyanatlar verir


Vaşinqtonun San-Fransisko və Nyu York da daxil,Birləşmiş Ştatların, bir neçə şəhərrindəki Rusiya diplomatik binalarının bağlanması qərarının ardınca, Rusiya sentyabrın 1-də bəyan edib ki, ABŞ-ın ona ziyan vuran hər bir hərəkətinə sərt cavab verəcək.

Xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva ABŞ-ın son qərarını diqqətlə öyrənir və bu tədbirlərə qısa zamanda cavab veriləcək.

Bundan başqa Kremlin müşaviri Yuri Uşakov bəyan edib ki, Vaşinqtonun son addımı iki ölkə arasında yaşanan “qisasa qisas” qarşıdurmasının eskalasiyasını daha da artırır.

Uşakov San-Fansisko, Nyu York və Vaşinqtonda Rusiya diplomatik missiyasına aid bir sıra binaların bağlanmasını “qarətçi reydinə” bənzədib.

Kremlin müşaviri Yuri Uşakov işarə edib ki, cavab addımı atılmaya da bilər
Kremlin müşaviri Yuri Uşakov işarə edib ki, cavab addımı atılmaya da bilər

Müşavir deyib ki, Vaşinqtonun son addımları “iki prezident arasında elan edilmiş niyyətlərlə ziddiyyət təşkil edir”.

Lakin Uşakov buna da işarə edib ki, Moskva cavab addımı atmaya da bilər. O deyib ki, bu qarşıdurmanı kimsə dayandırmalıdır.

Sergey Lavrov iki ölkə arasında diplomatik qarşıdurmanın günahını Vaşinqtonun boynuna qoyub, lakin spesifik olaraq Donald Trump-ı tənqid etməyib.

O hətta bildirib ki, hazırkı qarşıdurmaya görə keçmiş prezident Barack Obama-nın administrasiyası məsuliyyət daşıyır.

AzadlıqRadiosu bildirib ki, San Farnsiskodakı Rusiya konsulluğunun bağlanması qərarı Rusiyanın yeni səfiri Anatoli Antonovun ABŞ-a gəldiyi günə təsadüf edib.

Antonov TASS agentliyinə “səbirli olmağı” məsləhət görüb və hətta Lenindən misal gətirib:

“İndinin özündə biz bunları sakit şəraitdə və peşəkarlıqla araşdırmalıyıq və Lenin demişkən, bizə hay-küylü şivən qaldırmaq lazım deyil”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG