Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:09

Təcili Yardım binasında yaşayan Xocalı sakini

Binəqədi rayonu 9-cu mikrorayonda yarımçıq tikilmiş Təcili Tibbi Yardım binasında yaşayan Xocalı sakini Vidadi Hüseynov 26 Fevral faciəsini belə xatırlayır: "25 fevral axşamı postda idim. Xəbər çıxdı ki, şəhərə qoşunlar girib. Elə oldu ki, postdan birbaşa Ağdama gedəsi olduq. Evə getməyə imkan yox idi artıq. Bütün şəhər yolda idi. Ağdamda Xocalıdan gələnlərdən evdəkiləri xəbər aldım, amma gördüm deyən olmadı. Atamdan, anamdan, üç bacımdan və qardaşımdan o gündən sonra xəbər ala bilmədim".

Vidadi hüseynov deyir ki, itirdiyi əzizlərinin bir qəbri, nişanəsi olmaması onu çox incidir: "İndi qəbrləri də yoxdur ki, gedib ziyarət edək dərdimiz bir az yüngülləşsin. Təsəlli tapdığımız yer "Xocalı abidəsi"dir. Ora da gedəndə əvvəl yolu kəsirlər ki, "qalstuklular" ziyarət edib getsin sonra bizi buraxsınlar."


Davamı

Bölmələr

XS
SM
MD
LG