Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:21

Rusiyada polis korun gözünü necə 'açıb'...


Alyona və Pyotr Petrovlar

Rusiya Federasiyasının Baş Prokurorluğunun məlumatına görə, ötən il ölkədə 8 min adam cinayət məsuliyyətinə qanunsuz cəlb edildiyinə görə bəraət hüququ qazanıb. Onlardan 1 500 nəfəri həbsdə saxlanılıb. Ümumilikdə isə, Rusiyada çıxarılan bəraət hökmlərinin sayı 0,36% təşkil edir.

26 yaşlı Pyotr Petrov 4 ay öncə Moskvanın 4 saylı istintaq təcridxanasında saxlanılıb. İndi o, quldur hücumu ittihamıyla 7 il azadlıqdan məhrum edilə bilər. Cinayət işinin iflasa uğramaması və Petrov-un özünün sonradan bəraət ala bilməməsi üçün müstəntiqlər uşaqlıqdan görmə qabiliyyəti olmayan və xəstəliyinə görə məktəbdə belə oxumamış Petrov-un əslində, gördüyünü sübut etmək istəyirlər.

Buna da bax:​ Rusiya "arzuolunmaz davranışa görə" xarici vətəndaşı ökədən çıxara bilər

Pyotr eynək taxmır, əlində ağ çubuğu və yanında bələdçi iti yoxdur. Adətən, yanında həyat yoldaşı Alyona olur və ona kömək edir. Bir neçə dəfə getdiyi yerlərdə özü sərbəst hərəkət edə bilir.

“İŞARƏLƏR”

"İnsan 15 yaşından sonra kor olursa, onun dünyası çökür. Ancaq məndə hər şey başqa cürdür. Mən başqa həyatı tanımıram, çünki heç vaxt görməmişəm. Mənim kimi uşaqlıqdan kor olanların eşitmə, iybilmə qabiliyyətləri çox güclü olur. Binanın yanından keçirəm, arxadan külək əsdisə, deməli bina bitdi, qarşıda yol var. Mənim üçün çoxlu belə "işarələr" var. Adi insanlar onları bilmirlər. Yəqin ki, sizə bunu anlamaq çətindir, amma mənim gözsüz doğulmuş bir tanışım var, xəstəxanada özü çox rahat gəzir", – Pyotr deyir.

Müstəntiqlər uşaqlıqdan görmə qabiliyyəti olmayan və xəstəliyinə görə məktəbdə belə oxumamış Petrov-un əslində, gördüyünü sübut etmək istəyirlər...

Anası deyir ki, Petya məktəbə gedənə qədər adi uşaq olub, hətta çöldə uşaqlarla futbol da oynayıb. Ancaq məktəbə getməyə başlayandan sonra ailəyə deyiblər ki, uşaq heç birinci partadan da heç nə görmür və onu məktəbdən çıxarmaq lazımdır.

Buna da bax: Birinci kanal Şimali Koreyanı Rusiyaya sevdirməyə çalışır

Daha sonra uşağa torlu qişanın aralanması diaqnozu qoyulub və tamamilə kor olacağı deyilib. Həkimlər deyiblər ki, bunun qarşısını almaq mümkün deyil. Doğrudan da, sonradan uzun müddət müalicə və hətta bir neçə dəfə əməliyyat olunsa da, Petya görmə qabiliyyətini tamamilə itirib.

"Allah dualarımı eşitdi və Petyaya yaxşı həyat yoldaşı göndərdi. Alyona onun gözləri, əlləri, hər şeyidir. Onlar bir-birini sevirlər", – anası deyir.

EV SAHİBƏSİYLƏ GÖRÜŞƏ GEDİBLƏR

Alyona danışır ki, Petyayla 2016-cı ildə Moskvada Fyodorov adına elmi-texniki kompleksə müayinəyə gəliblər. Qaldıqları evdə qonşu olan ukraynalı Rustam Magomedsharipov-la tanış olublar. Rustam Alyonayla Pyotra ev tapmaqda kömək edəcəyini deyib və Pyotru tanış ev sahibəsi ilə görüşməyə aparıb.

Cinayət işində isə yazılıb ki, Petrov-la Magomedsharipov gecə saat 1-in yarısında Svetlana Vasilievanı görərək onun çantasını "gözaltılayıblar".

Buna da bax:​ Şahidlər deyirlər ki, Samvel Babayanı heç tanımırlar

Daha sonra deyilir ki, Magomedsharipov arxadan Vasilieva-nın "gicgahına və çənə nahiyəsinə" yumruq zərbələri endirib. Zərərçəkmiş bu zərbələrdən yıxılanda onun çantasını götürüb. Çantada pul, 2 mobil telefon, kişi saatı və alışqan olub.

Petrov guya gecə saat 4-ün yarısı cinayətin baş verdiyi yeri tanıyıb ... guya o, maşından düşərək özü qarın içində telefonu tapıb, hələ üstəlik, protokolu da özü oxuyaraq imzalayıb...

İstintaq sənədlərində deyilir ki, həmin vaxt Petrov-un işi yaxınlıqda dayanaraq, ətrafdakı vəziyyətə nəzarət etmək və Vasilievaya mənəvi təsir göstərmək olub. Hücum edənlərin sayının çoxluğu qurbanı qorxutmalı idi.

“QƏLƏM VERİB LAZIM OLAN YERƏ TUŞLADILAR”

Petrov-sa deyir ki, Rustam-ın qadınla salamlaşdığını eşidib, daha sonra onlar kənara çəkiliblər. Çığırtı səsləri gəlməyib. Yoldaşının qadını döydüyünü isə sonradan eşidib. Vasilieva da öz ifadəsində qışqırmadığını, Petrov-u tanımadığını, onun onu nə vurduğunu, nə də müdafiə etdiyini deyib.

Buna da bax:​ Putin Oliver Stone-la müsahibədə saxta tvitdən həqiqət kimi danışıb

"Mən maşınların, adamların keçib getdiyini eşidirdim, biz metronun yaxınlığında idik, orada çoxlu dükanlar var. Sonra Rustam mənə yaxınlaşıb qolumdan dartdı və məni balaca it kimi yola tərəf apardı. Soruşdum ki, ev sahibəsi nə dedi, cavab vermədi", – Petrov danışır.

Vasilieva dərhal yaxınlıqdakı kafedən polis çağırıb. Rustamla Pyotru ilk işıqforun yanında saxlayıblar. Pyotr əlil olduğunu deyib, vəsiqəsini göstərib. Ona deyiblər ki, narahat olmasın, sadəcə, şahidlik edəcək. Sonra onları maşına oturdub harasa aparıblar. Pyotrun sözlərinə görə, burada ona qolunu və işarə barmağını uzatmağı tapşırıblar.

Heç vaxt məktəbdə oxumadığına görə oxuyub-yazmağı bilməyən Petrovsa belə deyir: "Mənə qələm verib lazım olan yerə tuşladılar və dedilər qol çəkim"...

Sonradan onun barmağı ilə guya cinayətin baş verdiyi yeri göstərdiyi şəkil iş üzrə dəlillərdən biri olub. Protokolda daha sonra deyilir ki, Petrov guya gecə saat 4-ün yarısı cinayətin baş verdiyi yeri tanıyıb və maşının dayandırılmasını istəyib. Guya o, maşından düşərək özü qarın içində telefonu tapıb, hələ üstəlik, protokolu da özü oxuyaraq imzalayıb. Heç vaxt məktəbdə oxumadığına görə oxuyub-yazmağı bilməyən Petrovsa belə deyir: "Mənə qələm verib lazım olan yerə tuşladılar və dedilər qol çəkim".

Buna da bax:​ Keçmiş deputat Umar Cabrailov atəş açarkən narkotik təsiri altında olub

BİR GÖZÜ TAMAMİLƏ KOR OLUB

İstintaq təcridxanasında keçirdiyi 4 ay ərzində Petrov-un əvvəllər lap yaxınlıqda baş verən hərəkəti seçə bilən gözü də tamamilə kor olub.

Onun sözlərinə görə, həm dustaqlar, həm də nəzarətçilərin ona yazığı gəlib. Onlar onu bir neçə dəfə həbsxananın göz həkiminə aparıblar. Həkim kor adamın həbsxanada saxlanmasına təəccüblənib.

Petrov-un gözlərinin gördüyünü və cinayətdə iştirak etdiyini sübut etmək üçün müstəntiq onu üç müxtəlif klinikaya aparıb. Bütün həkimlər onun davanı görə bilməsinin və xüsusən də günün qaranlıq vaxtı məkanı tanımasının qeyri-mümkün olduğunu deyiblər. Daha sonra operativ eksperiment keçiriblər: Petrov-u əvvəllər gəldiyi klinikaya çağıraraq qapını açan zaman iri planda videosunu çəkiblər. Ancaq videoda başqa heç nə görünmür. Ərini müşayiət edən Alyona da kadra düşməyib.

Uzun çək-çevirdən sonra Petrov 4 ay saxlanıldığı istintaq təcridxanasından buraxılıb. Onun işi ilə Rusiya Federasiyasının Ombudsman aparatı maraqlanıb.

Buna da bax:​ Merkel Rusiyaya qarşı sanksiyaların götürülməsinin şərtindən danışdı

QADINA 8 İL VERİLİB

Ombudsman: "Məkana baxış protokolunun tamamilə saxtalaşdırıldığı sübuta yetirilib..."

Məhkəmədə zərərçəkmiş Vasilieva-nın Magamedsharipov-la dava zamanı narkotik yayma maddəsi ilə cinayət işi üzrə şübhəli şəxs olduğu ortaya çıxıb. Vasilieva-ya 8 il iş verilib və o, məhkəmə zalından həbsxanaya aparılıb.

Ombudsman aparatının rəsmisi Liubov Morozova deyir ki, son məhkəmə iclasında Vasilieva yanlış ifadə verdiyini boynuna alıb, onun Magomedsharipov-la əvvəldən tanış olduğu, hətta ondan borc aldığı üzə çıxıb.

Buna da bax:​ Kadyrov İraqda azad edilən 5 dağıstanlı uşağın vətənə döndüklərini deyir

"Məkana baxış protokolunun tamamilə saxtalaşdırıldığı sübuta yetirilib. Çünki Magomedsharipov-u şöbəyə hər iki telefonla birlikdə gətiriblər. Əlbəttə ki, Petrov-un bu protokolu özünün oxuyaraq imzalaması isə tamamilə absurddur", – Ombudsman aparatının rəsmisi deyir.

İyulda Rusiyada məhkəmə əzələ distrofiyasından əziyyət çəkən, əlil arabasında hərəkət edən, boynunu belə sərbəst döndərə bilməyən, cəmi 18 kiloqram çəkisi olan 28 yaşlı Anton Mamayev-ə 4,5 il iş kəsib. O, quldur hücumu törətməkdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG