Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Rusiya internetdə də müharibə rejiminə keçib


İnternet senzura.

Rusiya hökumətinin internet istifadəçilərinə basqısı görünməmiş həddə çatıb. İstifadəçilər internetdə paylaşdıqları fikirlərinə görə ağır cəzalara layiq görülür, həbsə atılırlar. Bu xəbərdarlıqla internetdə məhdudiyyətlərlə mübarizə aparan «Agora» insan haqları təşkilatı çıxış edib. «Agora»nın bəyanatı haqda «News24» saytı yazır.

116 MİN MƏHDUDLAŞDIRMA HALI

«Agora» rusdilli internetin – Runet-in müharibə şəraitində fəaliyyət göstərdiyini, dövlətin internetə döyüş meydanı kimi baxdığını bildirir. İnternetdə senzuranın güclənməsini, adi istifadəçilərin də təzyiqlə üzləşməsini pisləyir.

Təşkilatın məlumatına görə, təkcə 2016-cı ildə Rusiyada fikrini internetdə paylaşdığına görə 7 nəfərə cinayət işi açılıb, 4 nəfər həbs cəzası alıb. Dövlət rəsmiləri internetə nəzarəti gücləndirməkdən ötrü 97 təkliflə çıxış ediblər. İnternetdən istifadənin məhdudlaşdırılması halı 116 mini keçib. Halbuki 2015-ci ildə bu göstərici cəmi 15 min olub. İnternetdə məhdudiyyət dedikdə, mütəxəssislər məzmunun bloklanmasını, informasiya yayımının yasaqlanmasını və süzgəcləməni nəzərdə tuturlar.

«Agora»nın hesabatında yazılarına görə həbsə atılan bloqqer və jurnalistlərə açılan cinayət işlərindən də danışılır. Rusiyada internetə bütün sahələrdə məhdudiyyət qoyulduğunu bildirir.

«SİLAHLI HÜCUM»

Qurum bütün bunlardan bir nəticə çıxardığını deyir: «Runet müharibə vəziyyətindədir».

Hüquq müdafiəçilərinin fikrincə, Rusiyanın internet siyasətini «hücum», «əməliyyat», «düşmən» kimi sözlərlə xarakterizə etmək olar. Çünki internetdə ən yumşaq tənqid də Kremlə «silahlı hücum» kimi görünür.

Rusiya hökuməti beynəlxalq təhlükəylə də mübarizə aparmaqdadır. «Agora»nın Federal Təhlükəsizlik Xidmətindən (FSB) aldığı məlumata görə, keçən il Rusiya 70 milyon kiber hücumun qarşısını alıb.

Rusiyada aktiv internet istifadəçilərinin sayı 66 milyondan 80 milyona qədərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG