Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:17

Daha 11 Rusiya idmançısına qadağan qoyulur


Kirşəçilər, gümüş medalçı Tatyana Ivanova və Albert Demçenko medallarından məhrum ediliblər

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2014-cü il Soçi Qış Olimpiadasında dopinqdən istifadə etdikləri iddia olunan daha 11 Rusiya idmançısına ömürlük qadağan qoyub.

BOK-un 22 dekabr bəyanatında deyilir ki, konkisürənlər İvan Skobrev və Artyom Kuznetsov; kirşəçilər Tatyana İvanova və Albert Demçenko; sərbəst və düzənlik xizəkçiləri Nikita Kryukov, Aleksandr Bessmertnıx və Natalya Matveyeva; bobsleyçilər Lyudmila Udobkina və Maksim Belugin; xokkeyçilər Tatyana Burina və Anna Şukina iştirak etdikləri idman yarışlarından diskvalifikasiya olunublar.

Bu isə o deməkdir ki, bu idmançılar medallarından məhrum ediliblər və onların gələcək Olimpiya yarışlarında iştirakı qadağan olunub.

BOK-un İntizam Komissiyası bildirib ki, ümumilikdə 11 Rusiya idmançısı Olimpiadalar və onlarla bağlı hər hansı turnirlər üçün bütün gələcək akkreditasiyalardan məhrum edilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG