Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:49

Azərbaycan Rusiyadan ən yeni hərbi texnika alanlar sırasında


‘S-400’ zenit-raket kompleksi
‘S-400’ zenit-raket kompleksi

Avqustun 22-də Rusiyada "Ordu - 2017" sərgi-forumu açılış mərasimi baş tutub. Burada ilk dəfə ən yeni "Prometey" və "Antey - 4000" “S–500” zenit-raket sistemləri nümayiş etdirilir. Ekspertlər bu silahların potensial müştəriləri arasında Azərbaycanın da olduğunu bildirirlər.

"İzvestiya" qəzeti hərbi ekspertlərə istinadən yazır ki, bu yeni zenit-raket sistemləri bir çox potensial xarici alıcının böyük marağına səbəb olacaq.

Buna da bax:​ Rusiyadan "ən yeni silahlar" gətirildi

"Eksport voorujeniy" jurnalının baş redaktoru Andrey Frolovdan sitat gətirən qəzet yazır ki, mümkün sifarişçilərin siyahısı xeyli uzundur. Ən yeni zenit-raket kompleksinə maraq göstərən ölkələr bunlardır: Çin, Hindistan, Vyetnam, Əlcəzair, Qazaxıstan, Azərbaycan, Türkiyə, Misir, İran, İraq və s. Eyni zamanda İran körfəzinin bəzi monarxiyaları - Küveyt, Səudiyyə Ərəbistanı və Qətər də bu yeni silaha maraq ifadə edib.

Qeyd etmək lazımdır ki, "Prometey" və "Antey - 4000" “S–500” zenit-raket kompleksləri potensial alıcılara forumun ekspozisiyasının qapalı hissəsində nümayiş etdirilir.

«Məlumdur ki, “S–500” kompleksləri geniş spektrə daxil olan hava-kosmik hədəflərini tutmağa qadirdir. Bura ABŞ-ın hipersonik uçan aparatları da daxildir. Bu uçan aparatlar özlərinə məxsus uçuş trayektoriyalarına görə "qaçağan" adı ilə tanınır», - «İzvestiya» qəzeti yazır.

Buna da bax:​ Azərbaycan və Ermənistan nə qədər silah alıb?

"Konsern VKO "Almaz-Antey"" səhmdar cəmiyyətinin baş direktor müavini Aleksandr Vedrovun sözlərinə görə, bu zenit-raket komplekslərinin satışına 2019-cu ildə başlamaq nəzərdə tutulub. Ancaq Vedrov hazırda gizli saxlanan bu yeni silahla bağlı hər hansı başqa detallar açıqlamayıb.

Rusiya Hərbi Elmlər Akademiyasının professoru Vadim Koziulin «İzvestiya» qəzetinə bildirib ki, bu sistemlər adi və hipersonik qanadlı raketləri, təyyarələri və pilotsuz uçan aparatları vurmağa qadir olmalıdır. Onun sözlərinə görə, yeni silahla həmin uçan qurğuları təkcə Yer səthinə yaxın məsafələrdə yox, həm də kosmosun Yerə yaxın hissəsində vurmaq mümkün olacaq.

«“S–500” haqqında hələlik çox az məlumat var. Hələlik bircə onu bilirik ki, "S-500" "S-400" zenit-raket komplekslərinin müasir versiyasıdır. Yeni yaradılmış sistem üçün xüsusi raketlər də hazırlanıb».

Buna da bax:​ 'Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki biz onu məhv edə bilməyək'

Andrey Frolov hesab edir ki, bu yeni silahın ilk alıcısı Hindistan ola bilər. Rusiya hələ ötən ilin payızında bu ölkə ilə hava hücumundan müdafiə (HHM) sistemlərinin satışına dair memorandum imzalayıb.

Bu ilin iyulunda “Bloomberg” agentliyi yüksək rütbəli türk mənbələrinə istinadən Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərini 2,5 milyard ABŞ dollarına satın almaq niyyətində olduğunu yazmışdı. Sövdələşmədə iki hazır "S-400" sisteminin Ankaraya verilməsi və daha iki sistemin istehsalının Türkiyənin özündə təşkil edilməsi nəzərdə tutulub. Başqa sözlə, “Bloomberg”ə görə, söhbət təkcə hazır zenit-raket komplekslərinin yox, həm də onların istehsal texnologiyalarının satın alınmasından gedir.

Buna da bax:​ CBC: ‘Pozuntulara baxmayaraq, Kanada Azərbaycana silah satır’

“S–500” sistemlərinin potensial alıcılarına gəlincə, onların siyahısında həm Bakı, həm də Ankaranın adı göstərilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG