Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 19:43

Ticarət Rusiya və Gürcüstanı yaxınlaşdırır


Tbilisi

Ticarətin Rusiyayla Gürcüstanı bir-birinə yaxınlaşdırdığı görünməkdədir. «Stratfor» təhlil mərkəzi Rusiyayla Gürcüstanın yeni ticarət marşrutları barədə razılığa gəldiyini yazır.

3 TİCARƏT MARŞRUTU RAZILAŞDIRILIB

Gürcüstanın Rusiyayla danışıqlarda xüsusi təmsilçisi Zurab Abashidze dünən – fevralın 13-də deyib ki, onlar ruslarla 3 ticarət marşrutunu razılaşdırıblar. Yeni ticarət yolları Gürcüstandan ayrılan Abxaziya və Cənubi Osetiyadan keçəcək.

Üstəlik, Moskvanın da Tbilisinin beynəlxalq müşahidəçilər haqda tələbiylə razılaşdığı bəlli olub. Gürcüstan Rusiyanın Cənubi Osetiya və Abxaziyayla sərhədlərindən keçirilən məhsullara nəzarət etməkdən ötrü beynəlxalq müşahidəçi məntəqələrinin yaradılmasını istəyir. Gürcüstanla ondan ayrılmış ərazilərlə sərhəd xətlərinə də məntəqələrin yerləşdirilməsi planlanır.

«Stratfor» yazır ki, razılaşdırılmış marşrutlar üzrə ticarət Rusiyayla Gürcüstanın iqtisadi münasibətlərini yaxşılaşdıra bilər. Hazırda bu iki ölkənin ticarət dövriyyəsi 800 milyon dollardır, Rusiya Gürcüstanın 3-cü ən böyük ticarət tərəfdaşıdır.

Ticarət marşrutu Moskvayla Tbilisinin əldə etdiyi yeganə razılaşma deyil. Bu yaxınlarda onlar həm də Rusiyanın Ermənistana göndərdiyi təbii qazın Gürcüstan vasitəsilə nəqli haqda anlaşıblar və bu, Gürcüstanın enerji sektoru üçün mənfəət deməkdir.

Abxaziya-Gürcüstan sərhədi.
Abxaziya-Gürcüstan sərhədi.

BARIŞ NİYYƏTİ

2008-ci ildə – Rusiyanın Gürcüstan ərazisinə müdaxiləsindən sonra bu iki ölkə arasında münasibətlər korlanmışdı. Diplomatik əlaqələr tamamilə kəsilmişdi və cəmi bir neçə il öncə indiki razılaşmaların mümkün olacağı kimsənin ağlına gəlməzdi. «Amma bu gün Kreml Gürcüstan hökumətinə barışmaq niyyətində olduğunu çatdırmaqdadır, heç olmasa, iqtisadi sahədə…». – deyə «Stratfor» yazır.

Mərkəz həmçinin, Gürcüstanın daxilində Rusiyaya meylin əvvəlkiylə müqayisədə artdığını qeyd edir. Sorğular göstərib ki, hazırda gürcülərin 53%-i Avropaya inteqrasiyanın tərəfdarıdır. Bu rəqəm əvvəlki illə müqayisədə, az qala, 10% aşağıdır. Respondentlərin təxminən 31%-i Rusiyayla münasibətlərin yoluna qoyulmasını istədiyini bildirib. Bu rəqəmsə keçən illə müqayisədə 10% yuxarıdır.

«Stratfor» təhlil mərkəzinin mütəxəssisləri hesab edirlər ki, bu dəyişikliklər gürcülərin təkcə ruslarla deyil, həm də Gürcüstandan ayrılan ərazilərin əhalisiylə münasibətlərini yaxşılaşdırır.

Rus turistlər Gürcüstana qayıdır.
Rus turistlər Gürcüstana qayıdır.

TİCARƏT BƏRPA OLUNUR

2016-cı ilin sonunda Rusiya və Gürcüstan, eləcə də tanınmamış Abxaziya Respublikasının rəsmiləri toqquşma zonasında münaqişələrin önlənməsi haqda danışıqları başa çatdırıblar. Digər tanınmamış respublikanın – Cənubi Osetiyanın rəsmiləri isə Gürcüstanla ticarət məntəqəsi açmağı planladıqları deyirlər. Bütün bunlar o deməkdir, Gürcüstan ondan ayrılmış bölgələrlə ticarəti bərpa edə bilər.

Tbilisidə konstitusiyaya dəyişikliklə bağlı yeni ideya da var. İdeya sahibləri deyirlər ki, Abxaziya və Cənubi Osetiyaya gedən turistlər (çox vaxt ruslar olur) Tbilisidən icazə almadıqlarına görə cinayət məsuliyyətinə cəlb olunmasınlar, sadəcə, cərimələnsinlər.

«Stratfor» Gürcüstanda geosiyasi durumun hərəkətdə olduğunu yazır. «Avropa Birliyində fikir ayrılıqları güclənməkdədir. Yeni ABŞ administrasiyası Rusiyayla əməkdaşlığa meylli olduğunu bildirib. Ona görə də keçmiş Sovet ölkələrinin, o cümlədən Gürcüstanın Moskvayla münasibətlərə yenidən baxması çox vacibdir». «Stratfor» mütəxəssisləri belə hesab edirlər.

XS
SM
MD
LG