Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 15:19

Gürcüstan Rusiya ilə barışmaq istəyir


Gürcüstan bayrağı

Fevralın əvvəlində Praqada Gürcüstanın baş nazirinin Rusiyayla münasibətlər üzrə nümayəndəsi Zurab Abashidze ilə Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin-in görüşü olacaq.

«Izvestia» qəzetinin yazdığına görə, Z.Abashidze diplomatik münasibətlərin bərpası məsələsinin gündəmə salınacağını istisna etməyib.

BƏZİ ŞƏRTLƏR DAXİLİNDƏ

2016-cı ilin sonunda hər iki tərəf münasibətlərin yoluna qoyulması yönündə çalışacağını bildirmişdi. Rusiya prezidenti Vladimir Putin isə Gürcüstan vətəndaşlarına vizanın ləğvinin mümkün olduğunu söyləmişdi. Viza məsələsi gürcülərdən ötrü çox önəmlidir.

«Izvestia» qəzeti Rusiyayla Gürcüstanın son zamanlar bir-birinə doğru irəlilədiyini, ticarət, nəqliyyat sahələrində, eləcə də humanitar və mədəni əməkdaşlığın inkişafı istiqamətində işin sürətlə getdiyini, belə davam etsələr, ciddi əməkdaşlığa nail olacaqlarını yazır.

Doğrudur, rəsmilər diplomatik münasibətlərin bərpasının hələ gündəmdə olmadığını deyirlər. Dialoqun səviyyəsi, hələ ki, Z.Abashidze ilə G.Karasin-in Vyana və Praqa görüşləri formatından artıq deyil.

Grigory Karasin və Zurab Abashidze
Grigory Karasin və Zurab Abashidze

Z.Abashidze viza məsələsinin də diplomatik münasibətlərlə təsir etməyəcəyini, sadəcə, irəliyə addım ola biləcəyini söyləyib. Amma Z.Abashidze budəfəki görüşdən öncə diplomatik münasibətlərin bərpasının bəzi şərtlər daxilində gündəmə gələ biləcəyini də deyib. O, Tbilisinin dialoqa hazırlığını, diplomatik iradənin mövcud olduğunu bildirib.

Rusiyanın təmsilçisi G.Karasin isə «Izvestia» qəzetinə müsahibəsində Gürcüstanın diplomatik münasibətlərin bərpasıyla bağlı danışıqlara hazırlığını alqışladığını deyib: «Hörmətli həmkarım Zurab Abashidze, doğrudan da, belə bəyanatla çıxış edibsə, bunu yalnız alqışlamaq olar. Bilirsiniz ki, münasibətləri Rusiya kəsməyib, onların bərpasına da biz tərəfdən əngəl yaradılmayıb, indi də yoxdur. Ona görə də bu yöndə pozitiv dəyişikliklərin vaxtı Tbilisidən asılıdır».

ÖN TARİXÇƏ

Ötən il Praqa və Vyana danışıqlarında rəsmilər, əsasən, konkret məsələləri müzakirə ediblər. Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələlər beynəlxalq formatlı Cenevrə danışıqlarında götür-qoy edilir.

Gürcüstanla Rusiyanın münasibətləri, özəlliklə, 2008-ci ildə – Rusiyanın Gürcüstana müdaxiləsindən, nəticədə Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılaraq müstəqilliyini elan etməsindən sonra pozulub.

Gürcüstanda hazırda hakimiyyətdə olan «Gürcü Arzusu» Partiyası da əvvəlki hakimiyyət kimi Qərbə meyllidir. Bu partiya da Avropa Birliyi və NATO-ya can atır, amma eyni zamanda Rusiyayla da münasibətləri yoluna qoymağın tərəfdarıdır.

XS
SM
MD
LG