Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:54

Rusiya və ABŞ-ın hərbi liderləri görüşüblər


General Joseph F. Dunford
General Joseph F. Dunford

Rusiya və ABŞ silahlı qüvvələrinin generalları Avropada təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Helsinkidə keçirilən bu görüşdə Rusiya silahlı qüvvələri baş qərargahının rəisi general Valery Gerasimov və ABŞ birləşmiş qərargahlar komitəsinin başçısı Joseph Dunford qlobal gərginliyin azaldılması yolları barədə danışıblar.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu görüş zamanı həm də Suriya münaqişəsinin həlli yolları, tərəflər arasında anlaşılmazlıqların aradan qaldırılması məsələsi müzakirə olunub.

Generallar Suriya Ərəb Respublikasında vəziyyətin sabitləşdirilməsinin mühümlüyü barədə razılığa gəliblər.

ABŞ Birləşmiş Qərargahlar Komitəsinin bəyanatında deyilir ki, iyunun 8-də keçirilən bu danışıqlarda tərəflər arasında müntəzəm kommunikasiya saxlanmasının zərururiliyi bir daha vurğulanıb.

XS
SM
MD
LG