Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:56

Rusiya hərbi gəmisi İstanbul sularında 'qoyun daşıyan gəmi' ilə toqquşaraq batıb


Rusiyanın kəşfiyyat gəmisi "Liman" Bosfor yaxınlığında batıb
Rusiyanın kəşfiyyat gəmisi "Liman" Bosfor yaxınlığında batıb

Rusiyanın dəniz kəşfiyyatı gəmisi Qara dənizin İstanbul sahillərində bir yük gəmisi ilə toqquşduqdan sonra batıb.

AzadlıqRadiosu Türkiyə və Rusiya hakimiyyət orqanlarına istinadən bildirir kİ, aprelin 27-də baş vermiş toqquşmanın ardınca Liman kəşfiyyat gəmisinin 78 dəniziçidən ibarət bütün heyəti evakuasiya edilib.

Bosfor boğazından 40 kilometr şimal-qərbdə baş vermiş toqquşma nəticəsində gəminin gövdəsində böyük dəlik açılmışdı.

Türkiyə sahil keşikçiləri 15 Rusiya matrosunu sudan çıxarmalı olublar. Qalanları sahilə ehtiyat qayıqlarla çıxıblar.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, toqquşma sıx dumanlıqda baş verib.

Bu da xəbər verilir ki, Rusiya kəşfiyyat gəmisi ilə toqquşan Youzarsif H yük gəmisinə heç bir ziyan dəyməyib. Toqo bayrağı altında üzən bu gəmi malqara daşıyırdı.

Türkiyə mediası yük barədə bir qədər də təfərrüatlı məlumat verib. Qəza zamanı Toqo gəmisi Rumıniyadan İordaniyaya 8 min baş qoyun aparırdı.

Türkiyənin dövlət Anadolu xəbər agentliyinin verdiyi məlumata görə Türkiyənin baş naziri Binali Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevə zəng edərək hadisə ilə bağlı “kədərləndiyini” deyib.

Liman adlı gəmiyə gəlincə isə o Rusiyanın Qara dəniz hərbi donanmasına daxil idi. Rusiyanın hərbi gəmiləri Qara dənizdən kənar sularda əməliyyatlar aparmaq üçün Türkiyənin Bosfor boğazından keçməlidirlər. O cümlədən Suriyada hərbi müdaxilə ilə bağlı olan Rusiya gəmiləri də bu boğazdan keçir.

Suriya münaqişəsində iki qarşıduran tərəfi dəstəkləmələri Rusiya və Türkiyə arasında daim gərginliyin yaşanmasına səbəb olub.

Rusiyanın RT media şəbəkəsi Liman gəmisinin 1970-ci ildə tikildiyini və “demək olar” silah daşımadığını bildirib.

Lakin gəmidə başqa gəmilərin və sualtı qayıqların izlənməsi üçün cihaz və avadanlıq vardı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG