Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:52

Ermənistanda 2017-ci ildə ixracat artıb


arxiv
arxiv

Ermənistanın ixracatında 30 faizə qədər artım olub.

Ölkənin Milli Statistika Komitəsi açıqlayıb ki, bu rəqəmin artmasına həm də misin qiymətinin yüksək olması kömək edib.

Komitənin məlumatın görə, ötən ilin ilk 6 ayı ilə müqayisədə bu il ixracın həcmi artaraq 994 milyon dollar olub.

Mis, molibden və digər qiymətli metallar ixracatda əsas yer tutur və bu, Ermənitan ixracatının təxminən 43 faizini təşkil edir.

Ermənistanın mədən sənayesinin məhsullarının əsas alıcıları Avropa Birliyi ölkələridir və bu ölkələrdən 2017-ci ilin ilk 6 ayında 302 milyon dollarlıq alış olub.

RUSİYAYA İXRACDA DA ARTIM VAR

Ermənistan yarım il ərzində Rusiyaya 220 milyon dollarlıq mal ixrac edib. Bu məhsulların əsasını qida məhsulları, spirtli içkilər və meyvə tərəvəz təşkil edir.

Milli Statistika Komitəsi yazır ki, ötən ilin eyni dövrü ilə müqaisədə Rusiyaya olan ixrac da 27 faiz artıb.

Ermənistan həmçinin 2017-ci ilin ilk 6 ayında 1.8 milyard dollarlıq idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqaisədə 26 faiz artım deməkdir.

İlin əvvəlində Ermənistanın baş naziri Karen Karapetian söz verib ki, ixracatın artmasının davamlı təmin edilməsi 5 il ərzində Ermənistanın ticarətində olan defisiti aradan qaldıracaq.

İqtisadi İnkişaf Nazirliyinin yüksək rütbəli məmurları ixracatın bu ilin sonuna 2 milyard dollara yaxınlaşacağını proqnozlaşdırıb. Əlavə ediblər ki, 2018-ci ildə ixracatda daha 480 milyon dollar artım olacaq.

Onlar bildirirlər ki, əsas ixrac Rusiya və eləcə də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərinə olacaq.

İyunda Ermənistan hökumətinin təsdiqlədiyi bu siyasət proqramında hökumət qarşıdakı 5 il müddətində illik 5 faiz iqtisadi artıma nail olmağı hədəfləyib.

Hökumət həm də bu hədəfə nail olmaq üçün Ermənistandan olan istehsalçıların Rusiyaya, Avropa Birliyinə eləcə də, digər xarici bazarlara çıxışını asanlaşdırmağa çalışacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG