Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:16

Moskva deyir ki, CNN Rusiyada fəaliyyətini davam etdirə bilər


Rusiyanın media nəzarətçisi olan qurum bildirib ki, ABŞ-ın CNN telekanalı Rusiyadakı fəaliyyətini davam etdirə bilər. Roskomnadzor deyib ki, CNN öz fəaliyyətində Rusiya qanunlarını pozan “qüsurları” aradan qaldırıb.

Roskomnadzor-un rəhbəri Aleksandr Jarov oktyabrın 10-da bildirib ki, buna baxmayaraq onun tabeçiliyində olan təşkilat CNN-nin fəaliyyətinin Rusiya qanunlarına uyğunluğuna nəzarətini bundan sonra da davam etdirəcək.

Sentyabrın 29-da Roskomnadzor bildirmişdi ki, Rusiya qanunlarının pozulması ilə bağlı CNN rəsmiləri görüşə dəvət olunublar.

Media nəzarətçisi həmin vaxt bəyan etmişdi ki, CNN-ə qanun pozuntularının aradan qaldırılması üçün oktyabrın 11-dək vaxt verilib.

AzadlıqRadiosu xatırladır ki, Rusiyanın Xarici İşlər Nazirliyi, Birləşmiş Ştatları Rusiyanın RT televiziya şəbəkəsinı ABŞ-da xarici agent kimi qeydiyyatdan keçməyə məcbur etməklə, bu media qurumununüzərinə “əsassız təzyiq” tətbiq etməkdə günahlandırmışdı.

RT-nin baş redaktoru Marqarita Simonyan sentyabrın 29-da demişdi ki, telekanala qarşı belə məhdiyyətlərin tətbiqi onun ABŞ-dakı fəaliyyətini tamamilə mümkünsüz edə bilər.

ABŞ-ın Ədliyyə Nazirliyi RT-dən belə bir tələbdə bulunmasını nə təsdiq, nə də təkzib edib.

Oktyabrın 9-da Rusiyanın Ədliyyə Nazirliyi xəbərdarlıq etmişdi ki, ABŞ tərəfindən maliyyələşdirilən Azad Avrova/AzadlıqRadiosunun Rusiyadakı və Ukraynanın ilhaq edilmiş Krım ərazisindəki fəaliyyətinə məhdudiyyətlər tətbiq edilə bilər.

Hazırda ABŞ rəsmilşəri Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsini araşdırırlar.

Ötən yanvar ayında Birləşmiş Ştatların kəşfiyyatı bəyan etmişdi ki, Moskva son nəticədə Donald Trump-ın qələbəsinə yönələn haker və təbliğat kampaniyasına rəhbərlik edib.

ABŞ kəşfiyyatının hesabatında Rusiyanın RT telekanalının və Sputnik şəbəkəsinin adları Amerika seçkisinə müdaxilənin vasitəçiləri kimi çəkilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG