Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:02

Rusiyadan Bakıya gəlməli olan təyyarələrin uçuçu ləngiyir


AZAL-a məxsus sərnişin təyyarəsi

Rusiyanın "NordStar" şirkətinin dünən həyata keçirilməli olan Ufa-Bakı aviareysi Ufadakı hava şəraiti ilə əlaqədar bu gün daha 3 saat ləngiyir.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumatda bildirilir ki, Ufadan uçuş Bakı vaxtı ilə 16:10-da, Bakıdan Ufaya isə 20:45-də planlaşdırlır.

Bundan başqa, Moskvanın Şeremetevo aeroportundan Bakıya uçmalı olan "Aeroflot"a məxsus aviareys də ləngiyir. Ləngimənin səbəbləri kimi texniki problemlər göstərilir. Reys qeyri-müəyyən vaxta qədər ləngiyib.

Samaradan Bakıya "Komiaviatrans" şirkətinin təşkil etdiyi avireys isə təxirə salınıb. Həmin aviareyslə uçan təyyarə 16:30-da Bakıya çatmalı idi.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, Bakıdakı hava şəraiti aeroportun işinə təsir göstərməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG