Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Rusiya Assad-ı dəstəkləmək üçün BMT-də 9-cu vetosunu qoyur


Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya

Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi silahlarla hücumları araşdıran beynəlxalq müfəttişlərin iş müddətini uzatmalı olan qətnaməsinə veto qoyub.

Rusiya bu vetonu oktyabrın 24-də qoyaraq faktiki olaraq kimyəvi silah müfəttişlərinin oktyabrın 26-da təqdim olunacaq hesabatının qarşısını almağa çalışıb.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya deyib ki, ABŞ tərəfindən tərtib olunmuş bu qətnamə “Rusiyanı alçaltmaq” məqsədi güdür.

Oktyabrın 26-da açıqlanacaq hesabatda söhbət aprelin 4-də Xan Şeyxun kəndi üzərinə kimyəvi hücumdan gedir. Bu hücum baş verərkən bu əraziyə Suriya müxalifət qüvvələri nəzarət edirdi.

Birləşmiş Ştatlar, Fransa və Britaniya 80 nəfərin həyatına son qoymuş bu hücuma görə prezident Assad-a loyal qüvvələri ittiham ediblər.

Suriya prezidenti Bashar al-Assad-ın əsas müttəfiqi olan Rusiya Birgə Təhqiqat Mexanizmi qrupu müfəttişlərinin fəaliyyətini tənqid edib.

Oktyabrın 13-də Rusiya diplomatı Mixail Ulyanov qrupu insidentin “keyfiyyətli təhqiqatını” aparmamaqda günahlandırıb.

Təhqiqat qrupu bundan əvvəl əmin idi ki, Suriya hökumət qüvvələri 2014 və 2015-ci ildə baş vermiş iki kimyəvi hücuma görə məsuliyyət daşıyır, İŞİD döyüşçüləri isə xardal qazından istifadə ediblər.

Suriya hökuməti kimyəvi silahlardan istifadə etdiyini təkzib edir.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Rusiyanın vetosundan dərhal sonra Moskvanı “bir daha” diktator və terrorçuların tərəfini saxlamaqda ittiham edib.

O deyib ki, “Rusiya bir daha Assad-ın vəhşi rejiminin kimyəvi silahlardan istifadə etdiyinə görə hesabat verməməsi naminə nəyə desən əl atmağa hazır olduğunu göstərib”.

Rusiyadan başqa bu qətnamənin əleyhinə Boliviya da səs verib. Çin və Qazaxıstan bitərəf qalıblar. Təhlükəsizlik Şurasının 11 üzvü qətnaməni dəstəkləyib.

Beləliklə Rusiya Assad-ı dəstəkləmək məqsədilə BMT-də veto hüququndan 9-cu dəfə istifadə edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG