Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:42

ABŞ və Rusiya generalları arasında görüş olacaq


Valery Gerasimov
Valery Gerasimov

ABŞ silahlı qüvvələrinin komandanı Joseph Dunford iyunun 8-də Helsinkidə rusiyalı həmkarı Valery Gerasimov-la görüşəcək.

ABŞ və Rusiya hərbiyyələri ABŞ Birləşmiş Qərargahlar rəisi general Dunford və Rusiya silahlı qüvvələrinin baş komandanı Gerasimov arasında nəzərdə tutulmuş bu görüş barədə rəsmi açıqlama yaymayıblar.

Finlandiya Xarici Siyasət İnstitutunun əməkdaşı STT agentliyinə deyib ki, bu görüşdən məqsəd Suriya və Ukraynadakı münaqişələrdə anlaşılmazlıqların qarşısının alınmasıdır.

Ötən aprel ayında Gerasimov NATO Birləşmiş Komandanlığının rəisi Curtis Scaparrotti ilə Azərbaycan paytaxtı Bakıda görüşmüşdü.

XS
SM
MD
LG