Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:04

Rusiyadakı narazılıq kritik həddə çatırmı?


Polis aksiyaçını saxlayır. 2 aprel 2017
Polis aksiyaçını saxlayır. 2 aprel 2017

Rusiyadakı narazılıq kritik həddə çatırmı? «Stratfor» Araşdırmalar Mərkəzi bu suala cavab axtarır. Mərkəz son 2 həftədə Rusiyada keçirilən etirazlardan yazır. «Nümayişlər, onların təşkilatçıları barədə ayrıntılar üzə çıxdıqca, Rusiyadakı narazılığın yeni mənzərəsi göz önündə canlanır. Təəccüblü deyil ki, Kreml narazılığı doğuran səbəbləri aradan qaldırmaqdansa, təzyiqləri artırır», – təhlildə deyilir.

NÜANSLAR

Son etirazları müxalifət fəalı Aleksei Navalny korrupsiyaya qarşı təşkil eləmişdi. Amma mərkəz bu aksiyalarda yeni bir elementə diqqət çəkir. Yürüşlər barədə informasiya fərdlərə sosial media vasitəsilə çatdırılmışdı və internetdə nümayişlərdən danışanlar özlərini Navalny-dan və digər anti-Kreml qurumlardan uzaq tuturdular. Deyirdilər ki, siyasətlə deyil, aktual məsələlərlə maraqlanırlar, hökumət korrupsiyasına, ölkə iqtisadiyyatındakı durğunluğa, yoxsulluğun artmasına, ərzaq qiymətlərinin yüksəlməsinə etiraz edirlər.

Üstəlik, etirazlarda gənclər, 20 yaşlarında olanlar gözə çarpırdı. Axı, əvvəlki aksiyalara daha yaşlılar qatılırdılar. Kremlpərəst media etirazları «yeniyetmələrin üsyanı» adlandırıb. «Amma Kremlin bu demoqrafik dəyişiklikdən narahat olması şübhə doğurmur. Prezident Vladimir Putin 17 ildir hakimiyyətdədir, yəni bu gənclər həyatlarında, əsasən, onu görüblər. İndi o, Sovet İttifaqının çöküşündən sonrakı xaos və çaxnaşmanı xatırlamayan gənclərin narazılığını yatırmalı olacaq», – təhlildə vurğulanır.

Medvedevin əmlakı haqda film Rusiyada aksiyalara səbəb oldu
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

HÖKUMƏTİN ONLAYN PLANLARI

«Stratfor» bir məqama da diqqət çəkir ki, gənc nəsil Qərb mədəniyyətini, sosial medianı valideynlərindən daha artıq mənimsəyiblər. Onlar VKontakte, Twitter, YouTube sosial şəbəkələrində fəaldırlar. Elə son etirazlarda da bu kommunikasiya kanallarından tam faydalanıblar və bu da Kremli narahat etməyə bilməz. Onlayn etiraz yüksəldikcə, Kreml sakit oturan deyil.

Rusiya Təhsil və Elm Nazirliyi gənclərin onlayn «əxlaqi və vətənpərvər tərbiyəsi» proqramını başladır. Kreml isə ötən il qəbul etdiyi internet qanunlarıyla onlayn narazıları bir-bir ovlayır.

Hökumət ötən həftəsonu etirazlara çağıran sosial media postlarını senzura edib. Amma hökumət bütün postlara nəzarət edə bilməz. Twitter kimi, serverləri Rusiyada olmayan sosial media platformalarını senzuradan keçirmək lap çətindir, «Stratfor» yazır.

PUTIN NARAHATDIR?

Məqalədə vurğulanır ki, Kreml, hələlik, Rusiya xalqına hər hansı güzəştə getmək niyyətini açıqlamayıb. Görünən odur ki, mövqeyini daha da möhkəmlədir, baş nazir Dmitry Medvedev-i dəstəkləyir. Məhz Medvedev-in sərvətini üzə çıxarmış araşdırmalar sözügedən etirazları doğurmuşdu.

Amma Putin əndişə əlamətlərini göstərməkdədir. O, xalqla illik sual-cavab sessiyasını ertələyib. Martın 30-da etirazlar bağlı qəzəbli danışıb, onları Ukraynadakı Avromaydan, «Ərəb baharı» hərəkatları ilə müqayisə edib, xaos xəbərdarlığı edib.

«Ola bilsin, Kreml sosial mediada aprelin sonunda Putin-ə etirazlar söz-söhbətini eşidib. Amma Putin indilik qumar oynayır və etirazçıların şikayətlərinə qulaq vermir, hökumətinin yaşlanmasını, gələn ilə planlaşdırılan seçkiləri də nəzərə almır», – təhlildə deyilir.

XS
SM
MD
LG