Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 12:07

ABŞ-ın Rusiyadakı səfiri dəyişir


ABŞ-ın Rusiyadakı səfiri Sergei Kislyak

Rusiyanın ABŞ-dakı səfiri Serqei Kislyak Washingtonu iyulun sonunda tərk edə bilər. Son aylar onun adı Donald Trampın Kremllə təmasında hallanırdı.

Rusiyanın səfirlə bağlı planları haqda cümə axşamı ABŞ və Kananda İnstitutunun rəhbəri Serqei Roqov danışıb.

"Kislyak Moskvaya iyulun sonunda qayıda bilər" - Roqov bu haqda Moskvada keçirilən beynəlxalq forumda danışıb.

Roqovun sözlərinə görə, o şəxsən səfirlə danışıb, onun geri dönməsi adi kadr dəyişikliyidir, heç bir siyasi qalmaqalla bağlılığı yoxdur.

Rusiya mediası yazır ki, Kislyakı Washingtonda xarici işlər nazirinin müavini Anatoliy Antonov əvəz edə bilər. Onun namizədliyi mayın 18-də irəli sürülüb.

Rusiyanın ABŞ-dakı səfiri S.Kislyak keçmiş təhlükəsizlik müşaviri M.Flynn-lə 2013-cü ildən tanış olduğunu, seçki kampaniyası zamanı əlaqə saxladıqlarını etiraf edib. «Bütün diplomatlar belə edirlər», – səfir «The Washington Post» qəzetinə müsahibəsində deyib. Amma M.Flynn-lə hansı məsələləri müzakirə etdiklərini açıqlamaq istəməyib.

AP agentliyi və «USA Today» qəzeti isə D.Trump-ın seçki kampaniyası zamanı xarici siyasət məsələləri üzrə müşavir olmuş Carter Page-in, həmçinin milli təhlükəsizlik məsələləri üzrə direktor J.D.Gordon-un da «Heritage» fondunda Rusiya səfiriylə görüşdüyünü yazır. J.Sessions-un səfirlə görüşlərindən biri həmin tədbir çərçivəsində olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG