Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:30

Azərbaycanda rüşvətxorluq riski nə boydadır? [cədvəl]


Milli Şuranın mitinqində şüarlar

İsveç, Yeni Zelandiya və Norveç dünyanın rüşvətxorluğa görə ən az riskli beş ölkə içində yerinə qoruyub. Bu sıraya iki yeni ölkə – Finlandiya və Böyük Britaniya qoşulub.

TRACE Internationalrüşvətxorluq riski cədvəlini açıqlayıb. Cədvələ 200 ölkə salınıb.

Dünyanın rüşvətxorluğa görə ən riskli ölkəsi isə Somalidir. Ondan əvvəlki yerləri Venesuela, Türkmənistan, Şimali Koreya və Cənubi Sudan tutur.

Azərbaycan 200 ölkə içində 112, Ermənistan 83, Gürcüstan 25, Rusiya 144, Çexiya 37-ci yerləri tutur.

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Hakimiyyət rəsmiləri ölkədə rüşvətxorluqla ardıcıl mübarizə aparıldığını bildirir, beynəlxalq qurumların tənqidlərini adətən rədd edirlər.

“TRACE Bribery Risk Matrix” (TRACE Matrix) ilk dəfə 2014-cü ildə, “RAND Corporation” ilə birgə hazırlanıb, azı hər 2 ildən bir yenilənir. Ölkələr üzrə rüşvətxorluq riski balı biznesin hökumətlə qarşılıqlı əlaqəsi, rüşvətxorluğa qarşı qanunvericilik və onun tətbiqi, hökumət və dövlət qulluğunda şəffaflıq, medianın rolu və digər faktorlara əsasən hazırlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG