Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

'Bu, məhkəmə tarixində görünməmiş bir hadisə idi...'


Rüfət Səfərov həbs olunmamışdan əvvəl. 08.09.2016
Rüfət Səfərov həbs olunmamışdan əvvəl. 08.09.2016

Həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, R.Səfərov ölkədə baş verən haqsızlıqlara, rüşvət və korrupsiyaya etiraz edərək işlədiyi prokurorluq orqanından istefa verib.

Sənəddə vurğulanır ki, məhz bu səbəbdən də R.Səfərov rüşvətdə ittiham edilərək, əsassız həbs edilib: “O, tamamilə absurd ittihamlarla 9 il həbs cəzasına məhkum edildi. Lənkəran Ağır Cinayətlər Məhkəməsi işə baxarkən vəkil B.Bayramova təzyiqlər edilib, müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istənilsə də buna imkan verilməyib, haqqında xüsusi qərar çıxarılacağı ilə hədələnib”.

Buna da bax:​ Eldar Sabiroğlu: 'Rüfət Səfərovun saxlanma şəraiti dözülməzdir'

Bəyanatda R.Səfərovun məhkəmədə son sözünü deyə bilməməsinə də diqqət çəkilib: “Bu məhkəmə tarixində görünməmiş bir hadisə idi. Bu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və ölkə qanunvericiliyinə birbaşa ziddir”.

Bəyanatda qeyd edilir ki, Rüfət Səfərovun azadlığa çıxmasından ötrü qanunvericiliyin imkan verdiyi vasitələrdən istifadə ediləcək.

Oktyabrın 5-də Rüfət Səfərovun hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb. Komitəyə Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev rəhbərlik edir.

Ötən il dekabrın 20-də Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.

Buna da bax:​ Rüfət Səfərovun hüquqlarının müdafiəsi komitəsi yaranıb

Yanvarın 15-də Rüfət Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş, o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Bu il sentyabrın 8-i Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rüfət Səfərovu 9 il azadlıqdan məhrum edib.

Rüfət Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

Buna da bax:​ 'Qiyamçı müstəntiq'in anası: 'Rüfət kimi günahsızlar çoxdur'

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG