Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:11

Rusiyanın Rosneft dövlət şirkəti İraq kürdləri ilə saziş imzalayıb


Rusiyanın dövlət neft nəhəngi Rosneft bildirib ki, İraqın muxtar Kürdüstan regionu ilə dəyəri 400 milyon dollar olan hasilatın pay bölgüsü sazişi imzalayıb.

AzadlıqRadiosu yazır ki, oktyabrın 18-də verilmiş bu bəyanat İraqın neftlə zəngin bölgəsində gərginliyin son həddə çatdığı bir vaxta təsadüf edir.

Burada ötən ay Kürdüstan Regional Hökumətinin keçirdiyi kürd müstəqillik referendumu Bağdad hökuməti tərəfindən rədd edilib.

Bundan başqa İraq qoşunları ölkənin şimalına yürüş edərək Kərkük neft rayonunu kürdlərdən geri alıb. Kürdüstan Regional Hökumətinin neft-qaz ixracatının yarısı Kərkük mədənlərinin payına düşür.

Kürdüstan Regional Hökuməti etirazlara baxmayaraq Kərkük bölgəsini də kürd müstəqilliyi referendumunun keçirildiyi əraziyə qatmışdı.

Rosneft bildirib ki, hasilatın pay bölgüsündə 80 faizin əldə edilməsi məqsədilə 400 milyon dollar ödəyir.

Rosneft bildirir ki, hasilatın bərpa edildiyi beş blok “xəsis” qiymətləndirməyə görə 670 milyon barrel neft verə bilər.

Rusiya ilə kürd muxtar regionu arasında imzalanmış sazişə habelə birgə axtarış-kəşfiyyat qazma işləri də daxildir. Rosneft bildirib ki, onun əldə etdiyi hasilat bloklarının inkişaf etdirlməsinə, hər şey plan üzrə gedərsə, 2021-ci ildə başlanacaq.

İraq hökuməti ilə Ərbil arasındakı siyasi qarşıdurmaya gəlincə isə, Moskva bu məsələdə heç kimin tərəfini saxlamayacağını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG