Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Çevriliş şübhəlisi Lavrovla eyni kadrda görünür


Çevriliş şübhəlisi Nemanja Ristic Ruisya naziri ilə eyni kadrda.(Soldan birinci qadının arxasında)

Çernoqoriyada qərbyönlü siyasətçi Milo Djukanovic-ə qarşı sui-qəsd hazırlamaq ittihamı üzrə şübhəli bilinən şəxs Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu həftə Belqradda çəkilmiş fotoda eyni kadra düşüb.

Çernoqoriyada ötən oktyabrda xaricdə planlaşdırıldığı iddia edilən çevriliş cəhdinə görə axtarışda olan Nemanja Ristic sözü gedən fotoşəkli özünün İnstagram hesabından post edib.

Dekabrın 12-də Serbiya paytaxtındakı Xilaskarlar məzarlığında keçirilən mərasimdə çəkilmiş fotodaRistic Lavrovun bir neçə addmlığında dayanıb. Bu məzarlıqda 2-ci Dünya Müharibəsində Belqradın azad edilməsində iştirak edərkən həlak olmuş sovet əsgərləri basdırılıb.

Ristic bu fotonu niyə post etdiyinə dair heç bir izahat verməyib.

Risticin Rusiyanın xarici işlər nazirinin bu qədər yaxınlığında olması bir neçə suallar yaradıb.

İddialara görə çevriliş cəhdində 20-dək Çernoqoriya və Serbiya vətəndaşından başqa, iki Rusiya vətəndaşı və Çernoqoriyanın rusiyayönlü əsas müxalifət partiyasının bəzi adları çəkilməyən üzvləri itirak ediblər.

Çernoqoriyanın Ristic üçün beynəlxalq həbs sanksiyası verib-vermədiyi bəlli deyil.

Ölkənin baş prokuroruMilivoje Katnic Ristic-i ötən ay baş verdiyi iddia olunan çevriliş cəhdində iştirakda ittiham edib. Baş prokurorun sözlərinə görə Ristic 16 oktyabr seçki günündə parlament binasına basqın üçün muzdlu etirazçılar cəlb edib. Bu etirazçılar müxalif Demokratik Cəbhə partiyasını seçkinin qalibi elan etməliydilər.

Çernoqoriyanın baş prokuroru Milivoje Katnić
Çernoqoriyanın baş prokuroru Milivoje Katnić

Baş prokuror çevriliş cəhdinin hazırlanmasında şübhəli bilinən Ruisya vətəndaşları Eduard Şirokov və Vladimir Popovun adlarını çəkib. O deyib ki, ruslar hakim qərbyönlü Sosialistlərin Demokratik Partiyasının rəhbəri Djukanovici qətlə yetirmək üçün snayper kirayələməli idilər. Djukanovic Çernoqoriyanın NATO-ya qoşulmasını istəyir.

Çernoqoriyanın rusiyayönlü müxalifəti çevriliş cəhdi barəfə iddiaları rədd edir.

Öz növbəsində Moskva da özünə qarşı itithamları qəbul etməyib.

Çernoqoriyada hakim qərbpərəst DPS partiyasının seçkidə böyük fərqlə qalib gəlib hökumət qurmasına baxmayaraq müxalifət parlamenti və və hökumət təsistalarını boykot edir.

Rusiyayönlü maxilfət Çernoqroiyanın NATO-dan uzaq durmasını tələb edən küçə etirazları keçirir.

Bu da qeyd olunur ki, üzvlərinin arasında çox sayda etnik serb olan Çernoqoriya müxalifəti NATO-ya Belqradın 1999-cu ildəki bombardmanına görə qəzəblidir.

XS
SM
MD
LG