Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 15:10

ABŞ-ın Minsk qrupundakı yeni həmsədri iş başındadır


Richard Hoagland

«Bu yaxınlarda ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri təyin olunan Richard Hoagland vəzifəsinin icrasına başlayıb».

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi «Turan» agentliyinin müxbiri ilə söhbətində bildirib.

«Vaşinqton ümid edir ki, Richard Hoagland Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla nizamlanmasından ötrü özünün zəngin diplomatik təcrübəsindən istifadə edəcək», - Departamentdən bildiriblər.

Bundan öncə ABŞ-ın Ermənistanda və Azərbaycandakı səfirlikləri Richard Hoagland-ın Minsk qrupunun müvəqqəti həmsədri təyin olunduğunu bəyan ediblər.

Əvvəlki həmsədr James Warlick-in dekabrın 31-də bu fəaliyyəti başa çatıb.

R.Hoagland 30 ildən artıq diplomatik təcrübəyə malikdir və bu yaxınlarda Suriyada hərbi əməliyyatların dayandırılması üzrə ABŞ və Rusiyanın səylərini koordinasiya edən qrupa rəhbərlik edib. Bundan öncə ABŞ dövlət katibinin köməkçisinin müavini olub.

Buna da bax-2016: Ordunun uğuru danışıqlarda 'əridi'

2015-ci ilin iyulunda R.Hoagland regional əməkdaşlıq sahəsində təşəbbüsləri, o cümlədən yeni «İpək Yolu» layihəsini müzakirə etmək məqsədilə Bakıya gəlib.

1915-Cİ İL OLAYLARINI «SOYQIRIMI» ADLANDIRMAQDAN İMTİNA ETMİŞDİ

Bəzi amerikalı analitiklər «Turan» agentliyinin müxbiri ilə söhbətdə yeni vasitəçinin problemlərlə üzləşə biləcəyindən narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, əsas problem ABŞ administrasiyasını Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında fəal iştiraka razı salmaqdır, bu da çox şübhəli görünür.

2007-ci ildə George Bush administrasiyası R.Hoagland-ın ABŞ-ın Ermənistandakı səfiri postuna namizədliyini irəli sürmüşdü. Lakin Senatda bunun qarşısı alınıb və buna onun 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin öldürüldüyü hadisəni «soyqırımı» adlandırmaqdan imtina etməsi səbəb olub.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Bu il Azərbaycan və Ermənistan prezidentləri Vyana və Sankt-Peterburqda bir araya gələrək Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparıblar.

XS
SM
MD
LG