Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:10

John McCain: ABŞ Putinlə sövdələşməyə getməyəcək


John McCain

Amerikalı respublikaçı senator Con Makkeyn bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinlə sövdələşməyə getməyəcək.

Kiyevə səfəri zamanı AzadlıqRadiosunun Ukrayna xidmətinə eksklüziv müsahibəsində Makkeyn deyib ki, Putinlə istənilən sövdələşmə söz azadlığı və demokratiya prinsiplərinin mövcudluğuna zərərvericidir. Senator müsahibəsində ABŞ-da prezident seçkiləri zamanı rusiyalı hakerlərin kiber hücumunu xüsusilə vurğulayıb.

Amerikalı nümayəndə heyətinin digər üzvü- respublikaçı senator Lindsi Qrem AzadlıqRadiosuna deyib ki, yaxın illərdə Konqresdə Rusiyanın enerji və bank sektoruna qarşı sanksiyaların genişlənməsinə çalışacaqlar. O, bunun Krımın anneksasiyasına, Rusiyanın Ukraynanın şərqində seperatçılara verdiyi dəstəyə və ABŞ prezident seçkilərində kiberhücumun təşkilinə görə aldığı cavab olduğunu qeyd edib.

Amerikalı senatorlar bildiblər ki, Konqresdə Ukraynana müdafiə üçün döyüş silahlarının verilməsini dəstəkləyəcəklər.

Amerika və Qərb mətbuatı yazır ki, ABŞ-ın yeni prezidenti Donald Trump Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına çalışacaq. O, seçki kampaniyasında Rusiya ilə münasibətləri yaxşılaşdırmağın tərəfdarı olduğunu bəyan etmiş, Putinin ünvanına xoş sözlər demişdi.

XS
SM
MD
LG