Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:40

'Əlində dəf, başında tacir Əsgərin papağı...' Anons


Rəşid Behbudov

AzadlıqRadiosunun «İz» proqramı bu sayını əfsanəvi müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr edir.

(AzadlıqRadiosunun efirində “İşıqlı Adam” radiodastanı səslənəcək)

2015-ci il dekabrın 14-də Rəşid Behbudov 100 yaşını tamamladı. Ancaq onun yubiley tədbirləri 2016-cı ilin dekabrınadək sürdü.

Nəhayət, dekabrın 14-də ölkənin baş sarayında bənzərsiz müğənninin yubileyi təntənəli qeyd ediləcək.

İz” proqramı 101 yaşlı müğənnini “İşıqlı adam” radiodastanı ilə anır:

-Tiflisdə doğulan, özü demişkən, «İrəvanda» çalışan Rəşid Behbudov Bakının simvoluna necə çevrildi?”

-Onun ata-anası Azərbaycanın hansı tanınmış soyadlarını daşıyırdılar?

-Rəşid bəyin xasiyyəti nə dərəcədə mahnılarına bənzəyirdi? Mahnılarındakı kimi şirin və yumşaq, yoxsa sərt və adamayovuşmaz idi?

-Əfsanəvi müğənninin danışıq tərzində, ləhcəsində nələr diqqət çəkirdi?

-O, saysız-hesabsız xarici qastrollarda necə qarşılanırdı?

- «Dəmir pərdə» imperiyasında yaşayan Rəşid Behbudov ölkə hüdudlarından kənarda niyə məşhurlaşmışdı?

-«İkinci Rəşid Behbudov olmayacaq» ifadəsi kimə məxsusdur?

-Rəşid bəyin ilham pərisi kim idi?

- Azərbaycan mədəniyyəti Rəşid Behbudovsuz nələr itirərdi?

-Və nəhayət, Rəşid Behbudovun sənəti yüksəkdə dayanır, yoxsa onunAzərbaycan sevgisi?

Yarım saat boyunca «İZ» proqramında bu suallara cavab aranacaq.

Verilişin bələdçiləri Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi və 22 il boyunca Rəşid bəyin fotoqraflığını etmiş Ələkbər Ağasıyevdir.

Veriliş boyu «İz»in onbirillik arxivindən onun xanımının, qızının və müxtəlif sənət sahiblərinin Rəşid bəylə bağlı fikirlərini eşidəcəksiniz.

Bir sözlə, «İz» proqramının dekabrın 11-də saat 23-də efirə çıxacaq «İşıqlı adam» radiodastanı Azərbaycan estradasının günəşinə - Rəşid Behbudova olan böyük xalq sevgisinin yarım saata sığdırılmış kiçicik əksidir.

Rashid Behbudov 100
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

Bu «İz»i itirməyin.

XS
SM
MD
LG